Neft nəhənglərinin qazancı 2 dəfədən çox azalıb
Səhmləri birjalarda ticarət olunan dünyanın ən böyük 12 neft şirkətinin 2019-cu ilin iyul-sentyabr dövründə cəmi xalis mənfəəti keçən ilin eyni dövrü ilə müqayisədə 56,2% azalaraq 14,24 milyard dollara geriləyib.
"Marja"nın 12 neft şirkətinin balanslarından yığdığı məlumatlara görə, ABŞ-ın ExxonMobil, Chevron, ConocoPhillips, Halliburton, Schlumberger, Baker Hughes, Hollandiyanın Royal Dutch Shell,Böyük Britaniyanın BP, Fransanın Total, İtalyanın Eni, Rusiyanın Rosneft və Norveçin Equinor şirkətlərinin cəmi xalis mənfəəti ilin üçüncü rübündə 56,2% (2 dəfədən çox) azalıb. Keçən ilin üçüncü rübündə 32,51 milyard dollar xalis mənfəət əldə edən şirkətlərin bu ilin eyni dövründəki xalis mənfəətləri 14,24 milyard dollar təşkil edib.
Söz mövzusu şirkətlərin cəmi gəliri də bu dövrdə 12,8% azalaraq 319,74 milyard dollara düşüb. Bu şirkətlərin keçən ilin eyni dövründəki cəmi gəliri 366,62 milyard dollar olaraq hesablanmışdı.
NEFT QİYMƏTLƏRİ 17,5% DÜŞÜB
Neft nəhəngləri arasında ən çox xalis mənfəəti əldə edən şirkət 5,88 milyard dollarla Royal Dutch Shell, ən çox zərər edən şirkət isə 11,38 milyard dollarla Schlumberger olub.
İlin üçüncü rübündə ən yüksək gəlir ədə edən şirkət 86,59 milyard dollarla yenə Royal Dutch Shell olub, ən az gəlir əldə edən şirkət isə 5,55 milyard dollarla Halliburton olub.
Neft şirkətlərinin xalis mənfəət və gəlirlərinin ildən ilə azalmasına, söz mövzusu dövrdə xam neft qiymətlərinin 17,5% düşməsi səbəb olub.
Dünyada ən çox istifadə edilən Brent xam neftinin qiyməti keçən ilin üçüncü rübündə ortalama 75 dollarkən, bu ilin eyni dövründə isə 61,9 dollar idi.
Xam neft qiymətlərinin düşməsində ABŞ-ın rekordlar qıran xam neft istehsalı ilə, dünyanın ən böyük iki iqtisadiyyatı və neft istehlakçısı olan ABŞ və Çin arasındakı ticarət müharibəsinin həll edilməməsi rol oynayıb.
İki ölkə arasındakı ticarət anlaşılmazlığı 20 aydır davam edir, qlobal iqtisadi artım yavaşlayır və dünyada xam neftə olan tələbə mənfi təsir edir və neft qiymətləri üzərində təzyiq yaradır.
Dünyanın ən böyük xam neft istehsalçısı olan ABŞ-ın gündəlik orta neft istehsalı keçən ilin iyul-sentyabr dövründə 11,25 milyon barel ikən, bu ilin eyni dövründə 8,3% artımla 12,18 milyon barelə yüksəlib. Ölkənin gündəlik orta xam neft istehsalının gələn il 13,3 milyon barelə çatacağının gözlənilməsi də neft qiymətləri üzərində təzyiqi artırıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır
















.jpg)








