Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)-2_30
Mobil manşet üstü reklam-3_21

"Google"ın qurucuları vəzifələrindən istefa verəcəklərini açıqladılar

iç səhifə xəbər başlığı altı (mobil)_31
"Google"ın qurucuları vəzifələrindən istefa verəcəklərini açıqladılar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

"Google-ın qurucuları Larry Page və Sergey Brin, "Google"ın sahibi olan "Alphabet" şirkətinin İdarə Heyətinin sədri (CEO) vəzifələrindən istefa verəcəklərini açıqlayıblar.

 

Reklam_3_11

İkili şirkətin Müşahidə şurasında qalmağa davam edəcəklər. Page və Brin şirkətlərini 1998-ci ildə ABŞ-ın Kaliforniya əyalətində bir qarajda qurmuşdu.

 

"Marja" xarici mətbuata istinadən xəbər verir ki, "Google"ın CEO-su (İdarə Heyətinin sədri və ya İcraçı direktoru) Sundar Pichai, "Alphabet"in də CEO-su olaraq ikilinin yerinə keçəcək.

 

"Alphabet" 2015-ci ildə, "Google" və sahibi olduğu şirkətlərin bir mərkəzdən idarə edilməsi məqsədilə qurulub. 

 

İkisi də 46 yaşında olan idarəçilər "artıq rəhbərlik strukturunu sadələşdirməyin təbii zamanı gəlmişdir" deyiblər:

 

"İkimiz də, şirkəti bizdən daha yaxşı idarə edəcək biri gördüyümüzdə idarəçiliyi buraxmaq istəməyən insanlardan deyilik. "Alphabet" və "Google"ın iki CEO və başçıya ehtiyacı yoxdur".

 

Page və Brin şirkətə tövsiyə verən və sevgilərini göstərən, lakin gündəlik işlərinə qarışmayan bir "valideynlər" kimi olacaqlarını, şirkət rəhbərliyini Pichai-dən daha yaxşı bir şəkildə icra edəcək kimsə olmadığını söyləyiblər.

 

Hindistanda doğulmuş  47 yaşındakı Pichai Stanford Universiteti və Pennsylvania Universitetində oxumaq üçün ABŞ-a getmiş, ardından 2004-də "Google"a qatılmışdır.

04.12.2019 06:57
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22
Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18