"Artıq radio yayımına hazırıq"
“Əgər tenderdə qalib gələriksə, “REAL Radio” da ixtisaslaşmış xəbər radiosu olacaq. Çünki bizim məqsədimiz Azərbaycan cəmiyyətini xəbərlə təmin etməkdir”.
Bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev sözügedən kanalın efirində deyib. O qeyd edib ki, “REAL Radio” fasiləsiz informasiya radiosu olacaq: “Bizim texniki cəhətdən bütün işlərimiz yekunlaşıb. Artıq yayıma çıxmağa hazırıq. Müasir radio fəaliyyətinə imkan verən bütün xırdalıqlar hesablanıb. Peşəkarlar tərəfindən efirin istismarına hazırıq”.
M. Ağayev “102 FM”in tenderə çıxarılması ətrafında yaranan müzakirələrə də münasibət bildirib.
O qeyd edib ki, teleradio mühitində fövqəladə hadisə baş verməyib: “Milli Televiziya və Radio Şurası növbəti tender elan edib. Boş qalmış tezliyə müsabiqə elan edir. Çingiz Mustafayev mənim üçün xüsusi mövzudur. Şəxsən tanımışam, dostum olub, Azərbaycan xalqının şərəfli övladıdır. İstəməzdim ki, Çingizin adı bu işdə hallansın. Ortada böyük avantüra var. Keçmiş “ANS ÇM”-in Çingiz Mustafayevin adını daşıması emosional faktdır, amma bunun arxasında hər hansı hüquqi fakt dayanmır. Qəhrəmanın adını küçəyə vermək olar. Ancaq “102 FM” tezlikdir. O, dövlətin mülkiyyətidir, dövlət onu satmır, sadəcə icarəyə verir. Ona görə də Çingiz Mustafayev adına radio satışa çıxarılıb demək düzgün deyil”.
© “Qafqazinfo”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 11 saat sonra
- 13 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Coca-Colanın rəhbəri Türk Dünyasını əhatə edən mükafata layiq görülüb
-
1 gün əvvəl
Nazir Rəşad Nəbiyev “AMD” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycanın ilk premium smart yaşayış kompleksi - İNŞASINA BAŞLANILIR
- 1 gün əvvəl
-
1 gün əvvəl
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
-
1 gün əvvəl
Azərbaycan əhalisinin 11 ayda 81 milyard manata yaxın gəlir əldə etdiyi bildirilir
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan neftinin son qiyməti
Daha 606 nəfər hərbi qulluqçu mənzillə təmin olunacaq
Havanın temperaturu 5-7 dərəcə enəcək - XƏBƏRDARLIQ
Bu il Azərbaycanda hər gün orta hesabla 57 boşanma olub
Ən çox oxunanlar
Balaxanıdakı çay evi - Həyat Sığortası tərəfindən ödənilmiş borc
Azərbaycanın avtomobil istehsalında tənəzzül dərinləşir
Noyabrda dövlət büdcəsinin profisiti azalıb
Barclays 2026-cı il üçün Brent neftinin qiymət proqnozunu açıqladı
Dekabrın 13-də gözlənilən hava şəraiti


























.jpg)

