İcra başçısı və birinci müavini həbs edilib
Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev və onun birinci müavini Ramiz Tatarov saxlanılıb.
Məlumata görə, hər iki şəxs ötən gecə hüquq-mühafizə orqanlqarı əməkdaşları tərəfindən saxlanılıb.
Onların saxlanılmasının dəqiq səbəbi hələ məlum deyil.
İH-dən verilən məlumata görə, Quliyev Nizaməddin Məhəmməd oğlu ezamiyyətə gedib.
Qeyd edək ki, Nizaməddin Quliyev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 05.04.2019-ci il tarixli Sərəncamı ilə Ağstafa rayonu İcra hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
O, Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir, 3 övladı var.
Əldə edilən məlumata görə, Ağstafa rayon İcra hakimiyyətinin başçısı Quliyev Nizaməddin Məhəmməd oğlu dünən axşam saatlarında Dövlət Təhlükəsizlik Xidməti (DTX) əməkdaşları tərəfindən rüşvət alarkən cinayət başında yaxalanıb.
Hazırda DTX-da saxlanılan başçının ətrafında axtarış və araşdırmalar davam etdirilir.
Gün ərzində hadisəylə bağlı rəsmi açıqlama veriləcək.
Qeyd edək ki, N.Quliyevin oğlu Ramin Quliyev Nərimanov rayon Məhkəməsində hakim işləyir, digər oğlu isə Baş Prokurorluğun Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsində vəzifə tutur.
Xatırladaq ki, N. Quliyev bu ilin aprel ayında Goranboy İcra başçısı vəzifəsindən azad edilərək Ağstafaya təyin edilmişdi.


© “Report”, "Unikal", "Qafqazinfo"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 32 d. əvvəl
-
-
58 d. əvvəl
Türkiyə kapitallı bank Azərbaycanda biznes kreditləri portfelini kəskin artıb
-
1 saat əvvəl
Milyarderlerin sərvəti rekord qırıb, bərabərsizlik dərinləşib
- 1 saat əvvəl
-
1 saat əvvəl
Çinin əhalisi azalmaqda davam edir - 1949-cu ildən bəri bir ilk yaşanıb
-
1 saat əvvəl
Bu məhsulu rəy olmadan idxal və ixrac edən şirkət 2500 manatadək cərimə ediləcək
-
1 saat əvvəl
Duracağa gətirilən avtomobil haqq ödənildikdən dərhal sonra sahibinə qaytarılacaq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Azərbaycanda neft hasilatı 4,8 faiz azalıb, qaz hasilatı isə 0,7 faiz artıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Yanvarın 20-də gözlənilən hava şəraiti
Dövlət bankının kredit portfelində azalma
Ən çox oxunanlar
Ödənişli yollarda sürət həddi müəyyənləşdirilir
“Avtomagistral” anlayışı dəyişir
5 bankın aktivləri 2,5 milyard manatdan çoxdur - SİYAHI




























