Bank sədri: "Borcların müsadirəsi 3-5 il vaxt aparır"
Azərbaycanda hüquqi şəxslərdən problemli borcların müsadirə olunması proseduru sadələşdirilməli və sürətlənməlidir.
Bu barədə "VTB Bank Azərbaycan"ın İdarə heyətinin sədri Yevgeni Kirin bildirib.
“Biz məhkəmə sistemində aparılan islahatlara bel bağlayırıq. Hüquqi şəxslərin problemli kreditləri məsələsinin həllinə dair Prezident İlham Əliyevin fərmanı müsbət nəticələr verir, bunların xeyli azaldığını görürük. Lakin hüquqi şəxslər tərəfindən kreditlərin yubadılması hələ də yüksəkdir. Bu da məsələlərin çoxunun məhkəmələrdə olması ilə bağlıdır. Bəzi hallarda hüquqi şəxslərdən problemli borcların müsadirəsi 3-5 il vaxt aparır. Bu, çox uzun vaxtdır, nəticədə həm bankların, həm də bütövlükdə iqtisadiyyatın fəaliyyəti ləngiyir. Əslində qarşımızda dəyərini, qiymətini getdikcə itirən pullar var”, - deyən bank rəhbəri “Müflisləşmə haqqında” qanundakı hüquqi şəxslərə dair bölməni ayrıca qanun olaraq ayırmaq təklifini də irəli sürüb.
“Bəzi səhmdarların, rəhbərlərin saxta müflisləşmə əməllərinin qarşısını almaq üçün Azərbaycanda vasitələr əksikdir, halbuki bu kimi əməllərə hüquqi qiymət verilməlidir. Hazırkı vəziyyət belədir ki, borclu tərəf şirkətin aktivlərinin qalmadığını, yalnız borclarının olduğunu bəyan edir və bu qərarı kimin verdiyinə dair sual verən yoxdur. Biz kreditorlar üçün də məsələ müəmmalı qalır, bir sıra suallar meydana gəlir, lakin mövcud qanunlar çərçivəsində həmin suallara aydınlıq gətirmək olmur”, - Y.Kirin vurğulayıb.
Bu məsələnin aradan qaldırılması ilə ölkədə sahibkarlıq mühitinin də xeyli yaxşılaşa biləcəyini dilə gətirən bank rəhbəri dünya reytinqlərində öncül mövqelərdə olan ölkələrin hamısında sözügedən mexanizmin çoxdandır oturuşduğunu qeyd edib: “Belə bir mexanizm zəruridir, Azərbaycanda da məhkəmə islahatı və sonrakı işlər çərçivəsində bu məsələnin həllini tapacağına inanırıq”.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 9 d. əvvəl
-
- 22 d. əvvəl
-
39 d. əvvəl
Azərbaycanda inflyasiyanın artım sürəti yavaşlayıb - 5,5%-DƏN 5,2%-Ə DÜŞÜB
-
47 d. əvvəl
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bazar iştirakçıları gümüş alırlar - Qiyməti tarixdə ilk dəfə 90 dolları ötüb
- 2 saat əvvəl
-
2 saat əvvəl
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
TAMAMİLƏ ÖDƏNİŞSİZ! - QAZANMAĞI ÖYRƏN
Unibankın biznes kreditləri portfelində böyük artım
Dünyada 2025-ci ildə elektrikli avtomobil satışları 20,7 milyona çataraq rekord qırıb
Naxçıvanda dəmir yolu xəttinin tikintisi davam etdirilir
Ən çox oxunanlar
Qızıl və gümüş daha da bahalaşdı
Tramp marşrutunun operatoru olacaq şirkətin 74%-i ABŞ-a, 26 %-i Ermənistana məxsus olacaq
"Allianz" Azərbaycanın ölkə risk reytinqini sabit saxlayıb
Azərbaycan neftinin son qiyməti
Ziraat Bank Azərbaycan mobil tətbiqində QR-kod ilə ödəniş imkanını istifadəyə verdi
Rəsmi məzənnələr açıqlandı
Kino Agentliyində yeni təyinatlar olub - YENİLƏNİB

























