“TuranBank” Avropa bankı ilə əməkdaşlığa start verdi
“TuranBank” ASC və Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında “Maliyyə vasitəçilərinin potensialının gücləndirilməsi üzrə Texniki Əməkdaşlıq proqramı” çərçivəsində, mikro, kiçik və orta sahibkarlıq subyektlərinin (MKOS) maliyyələşdirilməsi potensialının artırılması istiqamətində saziş imzalanıb.
Bu barədə “Marja”ya “Turanbank”dan bildirilib.
Əldə edilmiş razılığa əsasən nüfuzlu biznes və maliyyə məsləhət şirkəti tərəfindən “TuranBank”a MKOS maliyyələşdirilməsi üzrə texniki yardım və dəstək xidmətləri göstəriləcəkdir.
AYİB tərəfindən göstəriləcək texniki yardım və xidmətlər “TuranBank” ASC-nin kreditləşdirmə potensialının gücləndirilməsi, təşkilati strukturunun təkmilləşdirilməsi, menecment informasiya sistemlərinin tətbiqi və MKOS subyektlərinin maliyyələşdirilməsi üzrə marketinq strategiyasının hazırlanması iqtiqamətlərini əhatə edəcəkdir.
Qarşılıqlı razılığa əsasən texniki yardım proqramının həyata keçirilməsi üçün işçi qrupu yaradılmış və müvafiq iş planı təsdiq edilmişdir.
Texniki yardım proqramının icrasına 2020-ci ilin yanvar ayından başlanılacaq və proqramın icrası bir il müddətində davam edəcəkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
11 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 12 saat əvvəl
- 13 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)















.jpg)

