“Şahdağ”da əylənənlər dövlət hesabına sığortalanacaq
“Şahdağ Turizm Mərkəzi”ndə yerləşən əyləncə xidmətlərindən istifadə zamanı qəza da qaçılmaz ola bilər. Məsələn, xizək sürərkən yıxılıb zədə almaq olar. Dəyən zərərin qarşılanması üçün sığorta pis olmazdı. “Marja”nın məlumatına görə, mərkəzin ərazisində yerləşən əyləncə xidmətlərindən istifadə edənlər dövlət büdcəsi hesabına sığortalanacaqlar.
Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin “Şahdağ Turizm Mərkəzi” QSC mərkəzin ərazisində yerləşən əyləncə xidmətlərindən istifadə edən müştərilərin dövlət büdcəsi hesabına sığortalanmasının satın alınması ilə əlaqədar açıq tender elan edib.
İddiaçılar tenderdə iştirak üçün ixtisas göstəricilərinə aid sənədləri 17 yanvar 2020-ci il tarixinədək təqdim etməlidirlər. İddiaçıların təklifləri 29 yanvar 2020-ci il tarixində açılacaqdır.
Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzini 2017-2018-ci il qış mövsümündə 120 000-dən çox turist ziyarət etmişdir. Yay mövsümündə isə mərkəzi 30 mindən çox turist ziyarət edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
5 saat əvvəl
İxracatçılara böyük dəstək: Dövlət daşıma xərclərinin 70%-ni ödəyəcək
-
6 saat əvvəl
Norm Ümumdünya Ətraf Mühit Günü 2026-nı sponsor qismində dəstəkləyib
-
6 saat əvvəl
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
-
7 saat əvvəl
"BakuBus" Bakıda sərnişindaşıma üzrə 51 milyon manata yaxın zərər edib
- 7 saat əvvəl
-
8 saat əvvəl
SensibleHR: Böyüyən bizneslərin HR və payroll idarəetməsində yeni rəqəmsal həll
- 8 saat əvvəl
-
9 saat əvvəl
Nazir müavini “TikTok” platformasının nümayəndələri ilə görüş keçirilib
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 4 GÜN
"Bakı Metropoliteni" dövlət büdcəsini 43 milyon manat xərcə salıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
AFB Bank-dan tibb işçilərinə özəl nağd kredit kampaniyası
Xalq Bank rəqəmsal əmanət xidmətini istifadəyə verdi
Bakıda torpaq daha sürətlə bahalaşır - daşınmaz əmlak seqmentləri arasında ən yüksək artım
İyunun 10-da gözlənilən hava şəraiti - 33 DƏRƏCƏ İSTİ PROQNOZU
"Debitor borcların artması ciddi problemdir"























