Aqrar sığorta məhsullarının satışı üçün ayrıca şirkət yaradılacaq
“Azərbaycanda aqrar sığortanın tətbiqi ilə bağlı gələn ildən özəl sığorta şirkətlərinin yaradacağı idarəedici şirkət fəaliyyətə başlayacaq. Bu şirkət aqrar sığorta hazırlayacaq və onları Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Sığorta Fonduna təqdim edəcək”.
Bunu jurnalistlərə açıqlamasında Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyinin sədri Mirzə Əliyev deyib.
“Fond həmin məhsulları təsdiqlədikdən sonra idarəedici şirkət onları satışa çıxaracaq. Sığorta hadisəsi baş verdikdə isə zərərin məbləğini həmin şirkət deyil, Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi müvafiq imtahandan keçmiş və sığorta eksperti kimi qeydiyyata alınmış müstəqil qiymətləndiricilər müəyyən edəcək. Bunun üçün həm elektron sistem, həm də müvafiq qaydalar var. Son nəticədə fermerlər ədalətli və qabaqcadan ehtimal edə biləcəkləri şərtlər daxilində sığorta ödənişi veriləcək”, - deyə o, qeyd edib.
© "Report"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 3 d. əvvəl
- 36 d. əvvəl
- 37 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
14 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 15 saat əvvəl
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Ən çox oxunanlar
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub
Ələt azad iqtisadi zonasında “BioPharmax” layihəsi - müxtəlif tibbi məhsulların istehsalı nəzərdə tutur
Paşinyan yaxın vaxtlarda Ermənistanla Azərbaycan arasında ikitərəfli ticarətin olacağına ümid edir
Azərbaycandakı neft emalı zavodlarının bioyanacaq emalı zavodlarına çevrilməsi imkanları araşdırılır





















