Azexport portalı “Pay Ring” rəqəmsal ödəniş sisteminin icrasına başlayıb
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu www.azexport.az internet portalı “Pay Ring” layihəsinin icrasına başlayıb.
Portal bu layihənin icrasına Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq edilən “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” nda müəyyən olunan başlıca hədəfləri əsas götürərək başlayıb.
Qeyd edək ki, “Pay Ring” – nağdsız ödənişlərin müasir simsiz “NFC (Near Field Communication)” rabitə sistemlərindən istifadə etməklə üzük vasitəsi ilə həyata keçirilməsi prosesidir.
Azexport portalının meneceri Ayxan Qədəşov bildirir ki, ölkə iqtisadiyyatında nağdsız ödənişlərin stimullaşdırılması və şəffaflığın artırılmasına yönəlik olan “Pay Ring” layihəsinin iş prinsipi “NFC” sistemi ilə işləyən plastik kartlarla eynidir. Qurğunu plastik kartlardan fərqləndirən əsas üstünlükləri aşağıdakılardır:
- Ödənişlərin həyata keçirilməsi üçün plastik kart və ya mobil telefona ehtiyacın olmaması;
- “Token” sistemi vasitəsi ilə yüksək təhlükəsizliyin təmin olunması;
- Qurğunun üzərində istifadəçiyə aid bank məlumatlarının yazılı olmaması kibercinayətkarlıq hallarının minimuma endirməsi;
- Bir milyondan artıq ödəniş əməliyyatlarının həyata keçirilməsi imkanı;
- Qurğunun 10 il zəmanətli olması;
- Qurğunun səthinin zərbələrə və suya davamlı olması;
- Qurğunun kiçik həcmli olması;
- Görünüşünün müasir dəbli olması.
Portal meneceri əlavə edir ki, qurğu tam müstəqil və enerjidən asılı olmadığı üçün mobil telefon və ya əlavə avadanlığa ehtiyac yoxdur: “İstifadəçiyə aid olan bank məlumatları qurğuya bir dəfə köçürülür və hesabın artırılması üçün təkrar olaraq qurğuda yeni əməliyyatların aparılmasına ehtiyac yoxdur.”
www.azexport.az internet portalı “Pay Ring” rəqəmsal ödəniş sistemi layihəsini "VISA International" şirkəti ilə birgə icra edəcək
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Brent neftinin qiyməti 11 martdan bəri ilk dəfə 88 dollardan aşağı düşdü
- 9 saat əvvəl
- 9 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Şarjsız elektrik hissi - Nissan Qashqai E-POWER (HYBRID)
Unibankda kreditlər bu şənbə də 0 % komissiyalıdır!
Tramp İrana təşəkkür etdi
Ən çox oxunanlar
İnternetin sürətinin ən yüksək, yüksək, orta və aşağı olduğu provayderlərin adları açıqlandı - SİYAHI
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
İran açıqladı, neft 11 faizdən çox ucuzlaşdı
İran Hörmüz boğazını açdı
Quba Regional Turizm Şurasının ilk iclası keçirilib
"Reuters": İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur







.jpg)





.jpg)






