Çin rəhbəri: Koronavirus hələ mərhəmətsiz və qeyri-müəyyən vəziyyətdədir

Çin Dövlət başçısı Si Cinpin (Xi Jinping), Hubey əyalətinə bağlı Vuhan şəhərində ortaya çıxan yeni növ koronavirus (Kovid-19) epidemiyasının "hələ mərhəmətsiz və qeyri-müəyyən" vəziyyətdə olduğunu bildirib.
Marja xəbər verir ki, xəstəliyə qarşı mübarizə aparan rəsmi şəxslər ilə video konfrans vasitəsilə danışan Çinin Dövlət başçısı, iqtidardakı Kommunist Partiyanın epidemiyaya qarşı mübarizəsini "zamanında və təsirli" olaraq xarakterizə edib.
Si, keçən ilin dekabr ayından bu yana 2 min 500-dən çox adamın ölməsinə gətirib çıxaran xəstəliyin nəzarət altına alına biləcəyinə dair ölkə xaricindən gələn ümidli şərhlərə də toxunaraq "Nəzarət altına alma ən kritik mərhələdədir" deyə danışıb.
Epidemiyanın hələ mərhəmətsiz və qeyri-müəyyən bir vəziyyətdə olduğunu qeyd edən Si, səlahiyyətliləri "epidemiyanın yayılmasını qərarlı bir şəkildə mane olmağa" çağırıb.
Si, epidemiyanın özləri üçün bir "böhran və böyük bir imtahan" olduğunu ifadə edərək, xəstəliyin, Kommunist Partiyasının 1949-da iqtidara gəldiyindən bu yana ən sürətli yayılan və ən çətin nəzarət altına alınan fövqəladə sağlamlıq vəziyyəti olduğunu ifadə edib.
Paytaxtda infeksiyanın qaynağını kəsmək üçün səhiyyə personalını Pekinə təhkim etməyə çağıran Si, fabriklərin və digər şirkətlərin yenidən açılmasına və aşağı gəlirli insanların yenidən işləməyə başlamalarına kömək etmələri lazım olduğunu dilə gətirib.
Si, "Yaz əkinçiliyinə təsir edən əhəmiyyətli problemləri təcili olaraq həll etməliyik " deyib
Hökumətin, tərəvəz, heyvandarlıq və ev heyvanlarının istehsalının aktiv olaraq təşkil etməsinin əhəmiyyətini vurğulayan Şi, nəqliyyatdakı məhdudiyyətlərin qaldırılması lazım olduğunu ifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
-
26 d. əvvəl
Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence
-
-
48 d. əvvəl
Almaniyada kritik infrastruktur üzərində dronların kütləvi uçuşları qeydə alınıb
- 49 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
15000-dən çox ticarət məhsulu, 6 ticarət platforması, 24/7 müştəri dəstəyi
-
1 saat əvvəl
Bakıda İtaliya-Azərbaycan Universitetinin ilk tədris korpuslarının açılışı oldu
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər

Ödənişsiz İnvestisiya Seminarı

Huner Group-dan Bakıya dəyər qatan yeni layihə: Xocəsən Residence

Çinin elektromobil istehsalçısı NIO rekorda imza atıb

Dollar ABŞ hökumətinin bağlanması ilə ucuzlaşır

ABŞ hökuməti bağlandı, dollar ucuzlaşdı
Ən çox oxunanlar

Unibank “Biznes Bankçılıq” nominasiyası üzrə qalib olub

Azərbaycan sahibkarları Efiopiyaya biznes missiyaya hazırlaşır

ABŞ hökuməti fəaliyyətini dayandırdı

Qızılın qiymətində daha bir rekord

Azərbaycan neftinin son qiyməti
