Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Təhlükəli çöl çəyirtkələri yayılır - QİDA BÖHRANI RİSKİ

iç səhifə xəbər başlığı altı (mobil)_31
Təhlükəli çöl çəyirtkələri yayılır - QİDA BÖHRANI RİSKİ
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Şərqi Afrika, Körfəz və Ərəbistan Yarımadası son 25 ilin ən dağıdıcı çəyirtkə işğallarından birilə qarşı-qarşıyadır.

 

Marja xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Kənd Təsərrüfatı və Qida Təşkilatının (FAO) 24 Fevral tarixli son hesabatına görə, Afrika Burnundakı vəziyyət ciddidir, Somali, Keniya və Efiopiyada çəyirtkələr törəməyə davam edir və yeni işğallar gözlənilir.

 

Normal çəyirtkələrdən fərqli olaraq çöl çəyirtkələri daha sürətli adaptasiya olma və uzun yol qət edə bilmə bacarıqlarına sahibdirlər.

 

Yetkin bir çöl çəyirtkəsi gündə ortalama öz ağırlığı qədər istehlak etmək qabiliyyətinə malikdir, bu da az qala 2 qram qidaya bərabərdir. 1 kvadrat kilometr böyüklüyündəki bir çəyirtkə sürüsü isə az qala 40 milyon çöl çəyirtkəsindən ibarət olur və bu çəyirtkələr 35 min insanın gündəlik qidasını bir gündə istehlak edə bilirlər.

 

Efiopiya və Keniyada geniş sahələrə yayılmış çəyirtkə sürüləri görülüb, Somalinin şimal şərqində çəyirtkələr törəməyə davam edir və yetkinliyə çatmamış yeni çəyirtkə sürülərinin 1-2 həftə ərzində ortaya çıxması gözlənilir.

25.02.2020 13:44
📲 İndi
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.

♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xəbər mətn sağ -18_18