Tikinti şirkəti 20 min manat cərimələndi
“Azimut İnşaat” MMC işçiləri müqaviləsiz işlədib
Dövlət Əmək Müfəttişliyi Xidməti əmək qanunvericiliyinin pozulmasına görə “Azimut İnşaat” MMC barədə inzibati protokol tərtib edib.
Xətai Rayon Məhkəməsi bu protokola əsasən, şirkəti İnzibati Xətalar Məcəlləsinin 192.1-ci (Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə) təqsirli bilərək, 20 min manat cərimə edilməsi barədə qərar çıxarıb.
Xətai rayon Məhkəməsinin 28 yanvar 2020-ci il qərarından “Azimut İnşaat” MMC-nin direktoru Kənan Oruclu tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsində baxılıb.
Hakim Namiq Məmmədovun sədrlik etdiyi iclasda şikayət təmin edilməyib.
Qeyd edək ki Əmək müqaviləsi bildirişinin elektron informasiya sisteminə daxil edilməsi üçün işəgötürənin və ya onun səlahiyyət verdiyi şəxsin gücləndirilmiş elektron imzası, o cümlədən ASAN İmzası olmalıdır. ASAN İmza SİM kartını mobil operatorların (Azercell, Bakcell, Nar Mobile) nümayəndəliklərindən əldə edib, vergi ödəyicilərinə xidmət mərkəzlərinə müraciət etməklə ASAN İmza sertifikatı ala bilərsiniz. İşəgötürən ona məxsus iş yerində haqqı ödənilməklə çalışan fiziki şəxslə ilkin olaraq fərdi qaydada yazılı əmək müqaviləsi (kontrakt) bağlamalı, bundan sonra əmək müqaviləsinin məlumatlarını Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin elektron informasiya sisteminə daxil edərək onun hüquqi qüvvəyə minməsi üçün müvafiq bildiriş əldə etməlidir.
İşəgötürən tərəfindən əmək müqaviləsi hüquqi qüvvəyə minmədən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi isə qanunvericiliklə müəyyən edilmiş məsuliyyətə səbəb olur:
Qanun pozuntuları | Məsuliyyət tədbirləri |
Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürənlər tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə (Vergi Məcəlləsi, maddə 58.10) | hər bir belə işçi üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir. |
Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə (İnzibati Xətalar Məcəlləsi, maddə 192.1) | fiziki şəxslər 1.000 manatdan 2.000 manatadək miqdarda, vəzifəli şəxslər 3.000 manatdan 5.000 manatadək miqdarda, hüquqi şəxslər 20.000 manatdan 25.000 manatadək miqdarda inzibati cərimə edilir. |
Əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən xeyli sayda (yəni 10 nəfər və ondan çox olan) işçilərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə (Cinayət Məcəlləsi, maddə 162-1.1)
Eyni əməllər təkrar törədildikdə (Cinayət Məcəlləsi, maddə 162-1.2) | 7.000 manatdan 10.000 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 2 ilədək müddətə azadlıqdan məhrumetməilə cəzalandırılır.
3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 7 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
|
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 saat əvvəl
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
-
7 saat əvvəl
Kapital Bank sahibkarları bir araya gətirən platformalara dəstəyini davam etdirir
-
7 saat əvvəl
SOCAR Serbiya şirkəti ilə yaxın həftələrdə səhmdarlar müqaviləsi imzalayacaq
- 7 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib
Çinin qızıl idxalı son iki ilin ən yüksək səviyyəsini ötüb
"Karabakh Group"a rəhbərlik ASK-nın Baş katibinə həvalə olundu
UCard: 30 000 manatadək geniş imkan və 72 günədək rahatlıq!
Azərbaycanın Rusiya ilə ticarət dövriyyəsi kəskin azalıb
Şirvan və Hacıqabulda quşçuluq klasterləri genişləndiriləcək
Böyük Britaniyanın Baş naziri Keir Starmer istefa verib
Libiyada neft hasilatı 13 ilin ən yüksək səviyyəsinə çatıb
Naxçıvanda meyvə bağları üçün subsidiya ödənişləri nəzərdə tutulur
Dünya maliyyə bazarları ilə bağlı həftəlik analiz
İyunun 23-də gözlənilən hava şəraiti

























