Səudiyyə Ərəbistanı Azərbaycan vətəndaşlarına turist vizaları verilməsini dayandırıb
Səudiyyə Ərəbistanı koronavirusun yayılması təhlükəsi ilə əlaqədar 22 ölkənin, o cümlədən Azərbaycanın vətəndaşlarına turist vizalarının verilməsini dayandırıb.
“sputniknews.kz” portalına xəbər verir ki, bu barədə Qazaxıstan Müsəlmanları Ruhani İdarəsi (QMRİ) məlumat yayıb.
“Səudiyyə Ərəbistanı Daxili İşlər Nazirliyinin məlumatına görə, 22 ölkənin vətəndaşları üçün turist vizalarının verilməsi müvəqqəti olaraq dayandırılır. Bunlar Çin, İran, İtaliya, Koreya, Yaponiya, Tailand, Malayziya, İndoneziya, Pakistan, Əfqanıstan, İraq, Filippin, Sinqapur, Hindistan, Livan, Suriya, Yəmən, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Somali, Vyetnamdır”, - QMRİ-dən bildirilib.
Koronavirusla bağlı vəziyyətdən əvvəl Səudiyyə Ərəbistanı 49 ölkədən olan istənilən inanca sahib əcnəbinin krallıqdakı hava limanlarında və ya elektron şəkildə turist vizası almasına icazə verirdi. Çoxsaylı giriş vizası bir səfərdə 90 gündən çox olmamaq şərti ilə Ərəbistanda qalmaq imkanı yaradırdı.
Xatırladaq ki, daha əvvəl krallıq koronavirusun qeydə alındığı və daha da yayılması riski olan ölkələrin vətəndaşları – zəvvarları üçün ümrə məqsədi ilə turist vizalarının verilməsini də müvəqqəti qadağan etmişdi.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)






.jpg)

