Azərbaycan ötən il valyuta ehtiyatlarını 12%-dən çox artırıb
Azərbaycanın valyuta ehtiyatları bu il yanvarın 1-nə 49 milyard 581,3 milyon ABŞ dolları təşkil edib.
Bunun 87,4%-i və yaxud 43 milyard 323,3 milyon ABŞ dolları Azərbaycan Dövlət Neft Fondunun (ARDNF), 12,6%-i, yaxud 6 milyard 258 milyon ABŞ dolları isə Azərbaycan Mərkəzi Bankının (AMB) payına düşüb.
Ötən ilin IV rübündə ölkənin valyuta ehtiyatları 1 milyard 22,8 milyon ABŞ dolları və yaxud 2,1% artıb. Belə ki, ARDNF-in valyuta ehtiyatlarında 798,9 milyon ABŞ dolları və yaxud 1,9%, AMB-nin valyuta ehtiyatlarında isə 223,9 milyon ABŞ dolları və yaxud 3,7% artım olub.
2019-cu ildə isə ölkənin valyuta ehtiyatları 5 milyard 440,4 milyon ABŞ dolları və yaxud 12,3% artıb. İl ərzində ARDNF-nin valyuta ehtiyatları 4 milyard 808,1 milyon ABŞ dolları və yaxud 12,5%, AMB-nin valyuta ehtiyatları isə 632,3 milyon ABŞ dolları və yaxud 11,2% artım nümayiş etdirib.
ARDNF-nin valyuta ehtiyatları | AMB-nin valyuta ehtiyatları | Azərbaycanın valyuta ehtiyatları | |
01.01.2020 | 43 323,3 | 6 258,0 | 49 581,3 |
01.10.2019 | 42 524,4 | 6 034,1 | 48 558,5 |
01.07.2019 | 42 463,7 | 5 939,4 | 48 403,1 |
01.04.2019 | 40 273,3 | 5 778,6 | 46 051,9 |
01.01.2019 | 38 515,2 | 5 625,7 | 44 140,9 |
© Report
Müştərilərin xəbərləri
Ceyhun Bayramov: Azərbaycan ərazisindən İrana qarşı hərbi əməliyyatların aparılmasına heç vaxt imkan verilməyəcək
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
- 21 saat sonra
-
- 26 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycanla BƏƏ arasında strateji tərəfdaşlığın vəziyyəti müzakirə olunub
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"Bakı Metropoliteni" Çin şirkəti ilə differensial tarif siyasətini müzakirə edib
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Bakcell Peerstack Academy-nin innovasiya tərəfdaşıdır
Tramp bu gün yeni FED sədrinin adını açıqlayacaq
Yanvarın 31-də gözlənilən hava şəraiti
Azərbaycanda ov mövsümünün müddəti uzadılıb
Ən çox oxunanlar
Qızıl və gümüş kəskin ucuzlaşıb
"Azərkosmos"un illik gəlirinin məbləği açıqlandı
İxracdan ən çox qazanan özəl şirkətlər - SİYAHI
Qızıl 1-ci, pomidor 2-ci , karbamid 3-cü yeri tutub - Qeyri-neft sektoru üzrə ixrac rəqəmləri açıqlandı
Azərbaycan neftinin son qiyməti




















