Ən yuxarı statik reklam-3_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam-3_21

Cərimə xofu ilə daşınmaz əmlakın icbari sığortasında sıçrayış

iç səhifə xəbər başlığı altı (mobil)_31
Cərimə xofu ilə daşınmaz əmlakın icbari sığortasında sıçrayış
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Azərbaycanda fəaliyyət göstərən sığorta şirkətləri tərəfindən bu ilin yanvar ayı ərzində daşınmaz əmlakın icbari sığortası növü üzrə 10 milyon 101,2 min manat sığorta haqqı yığılıb.

 

Reklam_3_11

Marja Azərbaycan Mərkəzi Bankının aylıq statistikasına istinadən xəbər verir ki, bu, ötən ilin eyni ayı ilə müqayisədə 4 milyon 153.8  manat və ya 70% artım deməkdir. Ötən ilin Yanvar ayında daşınmaz əmlakın icbari sığortası növü üzrə 5 milyon 947,4 min manat sığorta haqqı yığılmışdı.

 

Bu müddətdə adıçəkilən sığorta növü üzrə ödənişlərin həcmi də 98% artaraq 306,6 min manatdan 606,6 min manata yüksəlib.

 

Qeyd edək ki, ötən ilin sonunda əhaliyə Yanvarın 1-dən evlərini sığorta etdirməsələr 50 manat cərimə yazılacağı xəbərdarlığı edilmişdi. Cərimədən narahat olan bir çox vətəndaş mənzillərini icbari sığorta etdiriblər. 

28.02.2020 11:18

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Manşetin sağı-2_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü-2_17
Xəbər mətn sağ -18_18