Mərkəzi Banka görə vəziyyət dəyişib – SIÇRAYIŞ BAŞ VERİB
Prezidentin xəbərdarlığından sonra, 2020-ci ilin Yanvar ayında Azərbaycanda sənaye və istehsal sektorlarına kredit qoyuluşları sıçrayıb.
Marja Mərkəzi Bankın aylıq statistikasına istinadən xəbər verir ki, Yanvar ayında cəmi kredit qoyuluşları 215 milyon 427 min manat artarkən, sənaye və istehsal sektorlarına kredit qoyuluşları 265 milyon 861 min manat artıb.
2019-cu ilin sonu ilə müqayisədə 2020-ci ilin Yanvar ayında cəmi kredit qoyuluşları 215 milyon 427 min manat artaraq 15 milyard 513 milyon 610 min manata çatıb. Mərkəzi Bankın “Kredit qoyuluşlarının sahələr üzrə strukturu” cədvəlinə görə, artım sənaye, istehsal sektorlarına və ev təsərrüfatlarına verilən kreditlərin daha çox artmasından qaynaqlanır.
BƏS İSTEHLAK KREDİTLƏRİ?
Cədvəldə diqqəti cəlb edən Yanvar ayında ev təsərrüfatlarına (əsasən istehlak kreditləri) verilən kreditlərin az artması, bu sahəyə kredit qoyuluşlarının cəmi kredit qoyuluşlarında xüsusi çəkisinin 45,6%-dən 45,2%-ə geriləməsidir. Əslində istehlak kreditləri azalmayıb, 188 milyon 468 min manat artıb. Belə ki, ev təsərrüfatlarına kredit qoyuluşlarına daşınmaz əmlakın tikintisinə və alınmasına (ipoteka krediti daxil olmaqla) verilən kreditlər də daxil edilir. Yanvar ayında daşınmaz əmlakın tikintisinə və alınmasına cəmi kredit qoyuluşları 162 milyon 190 min manat azaldığından ev təsərrüfatlarına cəmi kredit qoyuluşları 26 milyon 278 min manat artıb. Yəni, istehlak kreditlərindəki 188 milyon 468 min manatlıq artımın 162 milyon 190 min manatını daşınmaz əmlakın tikintisinə və alınmasına cəmi kredit qoyuluşlarındakı azalma silib.
KREDİT QOYULUŞLARININ AZALDIĞI SEKTORLAR
- Ticarət və xidmət sektorlarına cəmi kredit qoyuluşları 64 milyon 448 min manat azalaraq 2 milyard 426 milyon 879 min manata düşüb.
- Kənd təsərrüfatı və emal sektorlarına kredit qoyuluşları 3 milyon 105 min manat azalaraq 540 milyon 291 min manata geriləyib.
- İnşaat və əmlak sektorlarına kredit qoyuluşları 10 milyon 493 min manat azalaraq 466 milyon 637 min manata düşüb.
- Nəqliyyat və rabitə sektorlarına cəmi kredit qoyuluşları 26 milyon 742 min manat azalaraq 1 milyard 177 milyon 518 min manata enib.
KREDİT QOYULUŞLARININ ARTDIĞI SEKTORLAR
- Sənaye və istehsal sektorlarına cəmi kredit qoyuluşları 265 milyon 861 min manat artaraq 31 Yanvar 2020-ci il tarixində 1 milyard 138 milyon 508 min manat təşkil edib.
- Energetika, kimya və təbii ehtiyatlar sektoru kredit qoyuluşları 3 milyon 490 min manat artaraq 629 milyon 405 min manata çatıb.
- Ev təsərrüfatlarına verilən cəmi kredit qoyuluşları 26 milyon 278 min manat artaraq 7 milyard 4 milyon 997 min manata qalxıb.
- İctimai təşkilatlara verilmiş kreditlər 500 min manat artaraq 38 milyon 500 min manata çatıb.
- Digər sektorlarlara kredit qoyuluşları 1.5 milyon manat artaraq 668,8 milyon manata çatıb.
- Maliyyə sektoruna kredit qoyuluşları 18 milyon 382 min manat artaraq 339 milyon 300 min manata yükəlib.
Müştərilərin xəbərləri
"MegaSec" şirkətinin nümayəndə heyəti Özbəkistanın Rəqəmsal texnologiyalar naziri ilə strateji görüş keçirib
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 3 d. əvvəl
-
- 2 saat əvvəl
-
2 saat əvvəl
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
-
4 saat əvvəl
Sabahdan Bakıda 2 marşrut xəttində müasir avtobuslar istifadəyə veriləcək
-
5 saat əvvəl
"Azərsun Holdinq"in xarici ticarət şirkətinin ixracı 10 milyon dolları keçib
-
5 saat əvvəl
Azərbaycanın böyük fındıq emalı və ixracatçısı xaricə satışını 22% artırıb
-
5 saat əvvəl
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
Ən çox oxunanlar
“TABATERRA”nın ixracı 60%-dən çox artıb
“P-AQRO”nun ixracı 18,9 milyon dollara çatıb
“Baku Steel Company”nin ixracı 72%-dən çox artıb
“AGRARCO” ixracını 4 dəfədən çox artırıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
“Azərbaycan Şəkər İstehsalat Birliyi”nin ixracı 4 dəfə artıb
“Prime Cotton” şirkətinin ixracı 64 milyon dolları keçib




















.jpg)




