Ən yuxarı (mobil)_30

Rostovun qubernatoru: Sabah şirkətlər sazişlər imzalayacaqlar

iç səhifə xəbər başlığı altı (mobil)_31
Rostovun qubernatoru: Sabah şirkətlər sazişlər imzalayacaqlar
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Rusiya Rostov vilayətində fəaliyyət göstərən şirkətlər Azərbaycan şirkətləri ilə sazişlər imzalayacaq.


Marja xəbər verir ki, bunu Rusiya Federasiyasının Rostov vilayətinin qubernatoru Vasili Qolubev Azərbaycan prezidentinin qəbulunda olan zaman bildirib. 

 

"Biz artıq işə başlamışıq və xeyli görüşlər olub. Biznes nümayəndələri işləyirlər. Bilirəm ki, bu layihələr çox konkretdir, hər iki tərəfin marağına uyğundur. Bu, Sizin dediyiniz kimi, maşınqayıranlara da, “Waterfall PRO” şirkətinə də aiddir. Polimerlər istehsal edən bu şirkət xammalı Azərbaycandan alır. Potensial böyükdür, təqribən 60 min ton məhsuldan söhbət gedir. Ümidvaram ki, həmin şirkətlərlə əldə edilmiş razılaşmalar reallaşacaq. Onlar praktiki olaraq reallaşmağa başlayıb. Rostov vilayəti geniş şaxələndirilmiş regiondur. Son illərdə bizdə sənaye sektorunun, aqrar sənaye sektorunun inkişaf dinamikası yaxşıdır. Turizm potensialının inkişaf etdirilməsi üçün gözəl imkanlarımız var. Bir neçə şirkət elə bu gün əlaqələrin inkişafı barədə sazişlər imzalamağa hazırdır – sabah bu sazişlər imzalanacaq",- Vasili Qolubev bildirib.

03.03.2020 14:22

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Manşetin sağı-2_5
Ana-sehifede-2-reklam-3_9
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18

Ən çox oxunanlar