"“Azərsu” xloru şişirdilmiş qiymətlər ilə alır"
İçməli suyun tədarükü üzrə dövlət təbii inhisarçısı olan "Azərsu" ASC,"Old Line Trading Company" MMC ilə 1380 ton maye xlor alınması üçün müqavilə bağlayıb. İdxal qiymətlərinin müqayisəli təhlili "Azərsu"nun tender nəticələrindən sonrakı alış qiymətlərinin şübhəli və ya şişirdilmiş olması qənaətinə gəlməyə əsas verir.
Dövlət satınalmaları reyestrinə əsasən, "Old Line Trading Company" MMC-nin 1380 ton maye xlor tədarükü üzrə tender təklifinin qiyməti 1 milyon 889 min manat və ya 1 milyon 111 min ABŞ dolları təşkil edib. Digər iddiaçıların təklifi barədə məlumat verilmir.
"Old Line Trading Company" MMC tərəfindən təklif olunan xlorun bir tonu 805,1 dollar təşkil edəcək.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, 2019-cu ildə Azərbaycana ümumi bəyan edilmiş dəyəri 577.5 min dollar və ya 544.3 dollar / ton olan 1 min 61 ton xlor tədarük edilib. Əvvəlki 2018-ci ildə Azərbaycana xlor tədarükü bir tonu 466,7 dollar olmaqla 979,5 ton təşkil edib.
“Old Line Trading Company” MMC 2016-cı ilin iyun ayında təsis edilib və o vaxtdan bəri "Azərsu" ASC-nin ehtiyacları üçün yeganə xlor tədarükçüsüdür. 2016-2018-ci illərdə bu şirkətə dörd müqavilə üzrə dörd milyon manatdan çox pul ödənilib. 2019-cu ilin oktyabr ayında suyun təmizlənməsi üçün xlorun alınmasına dair müqavilə də bu şirkətə bağlanıb. Ancaq müqavilənin dəyəri açıqlanmayıb.
“Old Line Trading Company” MMC-nin direktoru Emil Quliyevdir.
"AZƏRSU"DAN AÇIQLAMA
"Azərsu" ASC-nin Mətbuat xidmətnin rəhbəri Anar Cəbrayıllı Marja-ya bildirdi ki, malın gömrük dəyərindən əlavə təchizatçının bir sıra xərcləri var: "Gömrükdə malın bəyan edilən dəyəri zavoddan alış qiymətidir. Alış xərcindən əlavə rüsum və vergilər, yükün daşınması xərcləri, digər xərclər, təchiztçının mənfəət marjası malın alış qiymətinin üzərinə əlavə edilir. Son satış qiyməti gömrükdə bayan edilən qiymətdən yüksək olur. Bu səbəbdən qiymətin şişirdilməsi iddiası ilə razılaşmaq olmur. Tenderlər elektron şəkildə keçirilir və ən münasib qiyməti təklif edən təchizatçı qalib elan edilib"
© Turan
Müştərilərin xəbərləri
Bakıda sazişlər imzalandı - Biznesin İnkişafı Fondu, “Azerconnect Group”, “TuranBank”, “Rabitəbank”...
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
3 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 1 gün sonra
-
- 7 saat əvvəl
- 10 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
-
12 saat əvvəl
Bitki yağları idxalı 34,9% artıb, ilk 5 ayda 101 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana kərə yağı idxalı azalıb - 9 milyon dollarlıq və ya 12%-lik geriləmə
-
12 saat əvvəl
Azərbaycana süd idxalı kəskin artıb - İlk 5 ayda 17 milyon dolları keçib
-
12 saat əvvəl
Azərbaycana ət idxalı 15% artıb - Xaricdən 5 ayda 47 milyon dollarlıq ət alınıb
- 13 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
FED faiz qərarını açıqladı
ABB Daşkənddə mühüm saziş imzaladı: Özbəkistan planı sürətlənir
Ən çox oxunanlar
Azərbaycan ilə OPEC Fondu arasında əməkdaşlığın əsas istiqamətləri və gələcək inkişaf perspektivləri müzakirə olunub
TuranBank ICD ilə 15 milyon dollarlıq niyyət bəyannaməsi imzaladı
Bu mallar da gömrük rüsumlarından azad olunur
Tramp: Hörmüz boğazı yaxın bir-iki gündə tam açıq olacaq
Azərbaycanın ərzaq idxalı daha da artıb - 5 ayda 1 milyard 130 milyon dolları keçib
























