Birotaqlı və üçotaqlı "sosial mənzil"lər üzrə aylıq ödəniş açıqlandı
"Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) ilk layihəsi olan Yasamaldakı şəhərciyin ilk binasının üçüncü, məktəbin isə ikinci mərtəbəsi tikilməkdədir. Paralel olaraq növbəti 15 binanın tikintisinə başlanılıb". Bunu MİDA-nın direktoru Samir Nuriyev bildirib.
Onun sözlərinə görə, bu ay isə növbəti 7 binanın, ümumilikdə isə 22 binanın paralel tikilməsi həyata keçiriləcək: "Bundan əlavə həm su-kanalizasiya sisteminin, həm də elektrik xətlərinin çəkilməsi işləri həyata keçirilir. Bu layihədə 20 özəl şirkətin iştirakı gözlənilir. Təxminən 2000-2500 nəfərdən artıq yeni iş yerlərinin yaradılması nəzərdə tutulub".
S. Nuriyev əlavə edib ki, hal-hazırda Hövsan yaşayış kompleksinin baş planı üzərində işlər gedir: "Bu yaxınlarda işlər başa çatdırılacaq. Həmin ərazidə MİDA üçün 20 hektar torpaq sahəsi ayrılıb. Bu da 3000 mənzilin tikilməsi deməkdir. May ayının 1-dən elektron qeydiyyat prosesinə başlanılacaq".
Direktorun sözlərinə görə, MİDA-nın həyata keçirdiyi layihələrdə aylıq 130-150 manat ödəməklə birotaqlı, 300 manat ödəməklə isə üçotaqlı mənzillərə sahib olmaq olacaq. "Mənzil təminatı prosesində bazar qiyməti nəzərə alınacaq. Azərbaycan İpoteka Fondu orta bazar qiymətinin hesablanmasını hər 6 aydan bir sifariş edib əldə edir. Biz artıq mənzillər satışa çıxarmamışdan öndə fond tərəfindən həmin ərazi üzrə orta bazar qiymətini əldə edəcəyik və çalışacağıq ki, həm uzunmüddətli ödəniş baxımından, həm də nağd ödəniş baxımından sərfəli olsun", - deyə o bildirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 1 gün sonra
-
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
İlham Əliyev: Azərbaycan bölgədə yaranmış vəziyyətdən narahatdır
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 7-də gözlənilən hava şəraiti
Omanda ABŞ-İran danışıqları başladı
“PAŞA Həyat” və “Kaspi Kids” 300-ə yaxın uşağı sığortaladı
"Merkuri BOKT" 2025-ci ilin 9 ayını mənfəət ilə başa vurub
Ən çox oxunanlar
Bu bankın müştəriləri 4 milyon manatdan çox keşbek qazanıblar
Nazir startap nümayəndələri ilə görüşüb
Ən yeni texnoloji cihazlar artıq "Bakcell Shop"da!
“PAŞA Bank”ın səhmarlarının növbəti ümumi yığıncağı keçiriləcək
Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb
Azercell-dən xüsusi “Samsung” kampaniyası!
Bank vergi işçilərinə komissiyasız kredit təklif edir
















