Nazirlik Azərbaycandakı neft şirkətlərilə müzakirə aparıb
Neft bazarının tənzimlənməsi çərçivəsində Azərbaycanın üzərinə götürdüyü öhdəliklərin icrası ilə bağlı məsələ ölkədə neft istehsalı ilə məşğul olan şirkətlərlə müzakirə edilib.
Energetika Nazirliyindən Marja-ya daxil olmuş məlumata görə, neft bazarında balansın təmin edilməsi ilə bağlı tədbirlərə şirkətlər tərəfindən də dəstək ifadə olunub.
Azərbaycanın öhdəlikləri gündəlik xam neft hasilatının 2018-ci ilin oktyabr ayı səviyyəsindən azaldılan faiz göstəricilərinə uyğun olaraq və neft istehsalçılarının hasilat həcmləri nəzərə alınaraq bölüşdürüləcək.
Qeyd edək ki, bu dəfə OPEC və qeyri-OPEC ölkələrinin hasilatın məhdudlaşdırılması kvotalarına yalnız xam neft həcmləri daxil edilir və bu öhdəliklərdə kondensat həcmləri nəzərə alınmır. 2018-ci ilin oktyabr ayında isə Azərbaycanın gündəlik xam neft hasilatı 718 min barrel olub. Azərbaycanın öhdəlikləri may-iyun aylarında gündəlik xam neft hasilatının bu göstəricidən 23% olmaqla 164 min barrel, iyul-dekabr aylarında 18% olmaqla 131 min barrel, 2021-ci ilin yanvarından 2022-ci ilin aprelinədək isə 14% olmaqla 98 min barrel həcmində azaldılmasını nəzərdə tutur. Öhdəliklərə uyğun olaraq Azərbaycan gündəlik xam neft istehsalını cari ilin may-iyun aylarında 554 min barrel, iyul-dekabr aylarında 587 min barrel, 2021-2022-ci ilin aprelində 620 min barrel həcmində saxlamalıdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)









.jpg)





