Səhmlərlə ticarətin üstünlükləri

Səhmlər investorlara səhmdar cəmiyyətlərin idarə edilməsində və gəlirlərində “şəriklik” hüququ verir.
Belə ki, Siz hər hansı bir səhmdar cəmiyyətin səhmini əldə etməklə onun xalis mənfəətindən müvafiq həcmdə “pay” əldə etmək hüququ qazanırsınız. Bu baxımdan bəzən səhm bazarını Pay bazarı kimi də adlandırırlar. Lakin istiqrazlardan fərqli olaraq, adi səhmlər investorlara sabit gəlir vəd etmir. Belə ki, səhmdar cəmiyyətlər yalnız ili mənfəətlə başa vurduqları təqdirdə, ümumi yığıncağın qərarı ilə adi səhm sahiblərinə dividend ödəyirlər. Bu baxımdan dividendin həcmi adi səhmlərin sayından, ümumi nizamnamə kapitalına nisbətindən və səhmdar cəmiyyətin mənfəətinin həcmindən asılı olaraq, müxtəlif həcmdə ola bilər. Adi səhmlər sahiblərinə dividend qazanmaqla yanaşı, həm də səhmdar cəmiyyətin idarəçiliyində səs vermə hüququ verir. Hər bir adi səhm bir səs deməkdir. Bu baxımdan daha çox səhmə malik olan səhmdarlar şirkət üçün mühim olan qərarların qəbulunda əsas rol oynayırlar.
Bundan əlavə qeyd edək ki, səhmlərin digər bir növü də vardır ki, investorlara sabit gəlir qazanmaq imkanı yaradır, lakin sahiblərinə səs vermə hüququ vermir. Bu cür səhmlər isə imtiyazlı səhmlər adlanır. İmtiyazlı səhm sahibləri adi səhm sahiblərindən fərqli olaraq, səhmdar cəmiyyətin fəaliyyətinin nəticəsindən asılı olmadan, səhmin nominal dəyərinin sabit faizi şəklində dividend alırlar. Bu baxımdan şirkətin idarəçiliyində heç bir marağı olmayan, bunun qarşılığında isə sabit illik gəlir qazanmaq istəyən investorlar imtiyazlı səhmləri seçirlər. Lakin imtiyazlı səhmlərin birjada ticarətinə adi səhmlərlə müqayisədə çox az təsadüf olunduğu üçün bu növ səhmləri istənilən an əldə etmək mümkün olmur.
Səhmdar cəmiyyətin fəaliyyətində baş verən mühim müsbət və yaxud mənfi dəyişiklik qısa zamanda onun qiymətinin də müvafiq olaraq artmasına və yaxud azalmasına səbəb olur. Bu baxımdan hər hansı şirkətin səhmlərinə investisiya etməkdən öncə səhmdar cəmiyyətin fəaliyyətinin analiz edilməsi istiqrazlara nisbətən daha çox önəm kəsb edir. Düzgün analiz nəticəsində hər hansı şirkətin səhmlərinə investisiya edən investorların gəlirləri yüksək dividendlərlə yanaşı qiymət artımından da ola bilər.
Bundan başqa birjada market meykeri olan səhmlər də mövcuddur. Bu isə o deməkdir ki, aldığınız həmin səhmləri istənilən an market meykerə geri sata bilərsiniz. Həmçinin qeyd edək ki, artıq ölkəmizin səhm bazarında davamlı olaraq dividend ödəyən şirkətlər də fəaliyyət göstərməkdədir.
Səhmlərlə bağlı daha dolğun məlumatı həmçinin İnvestisiya şirkətlərinə və yaxud Assosiasiyamıza müraciət etməklə də əldə edə bilərsiniz.
Marja.az üçün Azərbaycan Fond Bazarı İştirakçılarının Assosiasiyası
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 ay sonra
-
1 həftə sonra
Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!
- 3 gün sonra
-
- 3 gün sonra
-
4 saat əvvəl
Nazir Rəşad Nəbiyev “Xsolla” şirkətinin prezidenti ilə görüşüb
-
4 saat əvvəl
Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı
- 4 saat əvvəl
-
4 saat əvvəl
“SOCAR Trading” vasitəsilə ABŞ-yə LNG ticarəti nəzərdən keçirilib
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar
- 4 saat əvvəl
Son Xəbərlər

Yeni investisiya imkanı: İllik 13% gəlirliliklə istiqrazlar artıq ABB mobile tətbiqində!

İri şəbəkəyə satıcı - kassirlər tələb olunur

Azər Türk Bank beynəlxalq maliyyə institutu ilə mühüm saziş imzaladı

“Azərsun Holdinq” “YAŞAT” Fondunun layihəsinə dəstək verib

Azərbaycanda daha çox ət, süd, yumurta və yağlar bahalaşıb

Beynəlxalq logistika şirkətinin nümayəndələri Bakı Limanının imkanları ilə tanış olublar

Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar

Qara Dəniz Ticarət və İnkişaf Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə olundu

Tramp Avropa İttifaqını Hindistan və Çinə qarşı 100%-lik rüsumlar tətbiq etməyə çağırıb

Maliyyə savadlılığı hər yaşda önəmlidir – Bank of Baku-dan təlim

"Muzdlu işçilərin sayı az olduqca, vergilərin, sosial sığortanın yığılmasında problemlərimiz olacaq"
