Beynəlxalq Bank audit hesabatını açıqladı
Bank 2019-cu ili ümumilikdə 215 milyon 708 min manat xalis mənfəətlə başa vurubAzərbaycan Beynəlxalq Bankı kənar auditorun bankın 2019-cu il üzrə fəaliyyət göstəriciləri barədə audit hesabatını ictimaiyyətə təqdim edib.
“EY-Azərbaycan” şirkətinin təsdiqlədiyi hesabata görə 2018-ci illə müqayisədə 2019-cu ildə Beynəlxalq Bankının cəmi aktivləri 1 milyard 67 milyon 502 min manat artaraq 9 milyard 341 milyon 745 min manata çatıb.
Ötən hesabat ilinin sonuna Bankın I dərəcəli kapitalının adekvatlıq əmsalı 35.94%, məcmu kapitalının adekvatlıq əmsalı isə 37.80% təşkil edib. 31 dekabr 2019-cu il tarixində Azərbaycan Beynəlxalq Bankı I dərəcəli kapitalının adekvatlıq əmsalı 38.25%, məcmu kapitalının adekvatlıq əmsalı isə 40.17% təşkil edib.
KREDİTLƏR ARTIB
2019-cu ildə Azərbaycan Beynəlxalq Bankının müştərilərə verdiyi kreditlər 491 milyon 651 min manat artaraq 2 milyard 165 milyon 804 min manata yüksəlib. Kredit portfelindəki artımın 288 milyon manatı biznes subyektlərinə verilmiş kreditlərdən ibarətdir.
Hesabat ilində Azərbaycan Beynəlxalq Bankının qiymətli kağız investisiya portfeli 116 milyon 816 min manat artımla, 207 milyon 661 min manata çatmışdır.
BANKDA ƏMANƏTLƏR DƏ ARTIB
2018-ci illə müqayisədə 2019-cu ildə Azərbaycan Beynəlxalq Bankının cəmi əmanət portfeli 1 milyard 242 milyon 24 min manat və ya 28,5% artaraq 5 milyard 606 milyon 673 min manata, o cümlədən hüquqi şəxslərin əmanət qalıqları 1 milyard 184 milyon 70 min manat və ya 36,8% artaraq 4 milyard 400 milyon 83 min manata, fiziki şəxslərin əmanət qalıqları isə 57 milyon 954 min manat və ya 5,0% artaraq 1 milyard 206 milyon 590 min manata yüksəlib.
2018-ci illə müqayisədə 2019-cu ildə “Azərbaycan Beynəlxalq Bankı”nın faiz gəlirləri 37 milyon 667 min manat və ya 8,6% artaraq 474 milyon 408 min manat, qeyri-faiz gəlirləri isə 165 milyon 442 min manat təşkil edib. Faiz xərcləri isə 24 milyon 866 min manat və ya 15,5% azalaraq 135 milyon 888 min manat, qeyri-faiz xərcləri 19 milyon manat və ya 11% artaraq 190 milyon 630 min manat təşkil edib.
Faiz və qeyri-faiz gəlirlərinin cəmi 34 milyon 578 min manat artması ilə paralel faiz və qeyri-faiz xərcləri 5 milyon 865 min azalıb. Azərbaycan Beynəlxalq Bankının əməliyyat mənfəəti illik müqayisədə 40 milyon 443 min manat artaraq ötən il 313 milyon 332 min manat təşkil edib. Xatırladaq ki, 2018-ci ildə Bankın xalis əməliyyat mənfəəti 272 milyon 889 min manat təşkil etmişdi.
Bank 2019-cu ili ümumilikdə 215 milyon 708 min manat xalis mənfəətlə başa vurub. Əməliyyat mənfəətinin 14,8% artmasına baxmayaraq xalis mənfəətin azalması ehtiyatlardan azadolmanın azalması və mənfəət vergisi xərcinin hesablanması ilə bağlıdır.
Müasir dövlət bankı olan Azərbaycan Beynəlxalq Bankının məhsul və xidmətləri barədə məlumatları bankın 36 filial və 39 şöbəsindən, www.ibar.az internet səhifəsindən, 937 nömrəli Məlumat mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 2 d. əvvəl
-
-
10 d. əvvəl
Dünya üzrə bitki yağı qiymətləri 2022-ci ildən bəri ən yüksək səviyyəyə çatıb
-
25 d. əvvəl
"ABB Invest"dən bir ilk: Yeni "InvestTube" investisiya maarifləndirmə platforması təqdim olundu!
-
37 d. əvvəl
Vergi borclarının endirimlə ödənilməsi imkanını təklif edən internet resursu barədə xəbərdarlıq
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
2 saat əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
- 2 saat əvvəl
-
2 saat əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
İnvestisiya şirkətlərinin dövriyyələri açıqlandı
Ən çox oxunanlar
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb



























