Unibankdan sahibkarlara növbəti dəstək
®️Unibank xüsusi karantin rejimində biznes müştərilərinə daha bir güzəşt təqdim edib.
Bank, POS-terminal və elektron kommersiya (e-commerce) partnyorlarına ekvayrinq komissiyalarında 50% endirim tətbiq edib. Bankın partnyorları olan sahibkarlar sentyabrın 30-dək POS-terminal və elektron kommersiya (e-commerce) üzərindən qəbul etdikləri ödənişlərə görə komissiya haqqının yarısını ödəməyəcək. Bu güzəşt, bankın bu sahədə fəaliyyət göstərən bütün partnyorlarını əhatə edir.
Xatırladaq ki, Unibank “Elektron ticarət üzrə ödənişlərin qəbulunda lider bank” nominasiyasının qalibi seçilib. 2019-cu ilin nəticələri əsasında aparılan dəyərləndirmə Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası tərəfindən aparılıb. Ölkədə nağdsız əməliyyatların və elektron ticarətin inkişafına daim dəstək verən Unibank, hər zaman qaliblər sırasında olur.
Unibank bundan sonra da ölkədə elektron ticarətin və nağdsız ödənişlərin inkişafına öz dəstəyini verməkdə, biznes tərəfdaşlarına sərfəli əməkdaşlıq təklifləri etməkdə və müştərilərinə rahat nağdsız ödənişləri təqdim etməkdə davam edəcək.
Unibank- hər kəsin bankı!
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
54 d. əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 4 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















