Hərraclar elektron şəkildə həyata keçiriləcək - YENİ SİSTEM
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi, Respublika Xammal və Əmtəə birjası, həmçinin aidiyyəti dövlət qurumlarının birgə əməkdaşlığı çərçivəsində “Elektron Hərrac” sistemi yaradılıb və pilot olaraq istifadəyə verilib.
Agentlikdən verilən məlumata görə, artıq hərraclar eherrac.gov.az portalı üzərindən həyata keçiriləcək.
Sistemin yaradılması hərracların keçirilməsi zamanı şəffaflığın təmin edilməsi, hərrac iştirakçılarının rahat və məhdudiyyətsiz şəkildə hərraclarda iştirakına şərait yaradacaq. Hərracda iştirak etmək istəyən, lakin uzaq məsafə səbəbindən hərraca qatıla bilməyən şəxslər də bundan sonra yeni sistem üzərindən onlayn olaraq hərraclarda iştirak edə biləcəklər. Sistemin yaradılması, eyni zamanda əmlak bazarının inkişafına da töhfəsini verəcək.
“Elektron Hərrac”dan yeni istifadə qaydaları aşağıdakı kimi olacaq:
• Elektron hərracda iştirak etmək istəyən şəxs eherrac.gov.az portalına daxil olaraq “ASAN Login” vasitəsilə sistemə giriş edir;
• Elektron hərrac prosesində tələb olunan müvafiq iştirak haqqı və depozit (beh) ödənişləri onlayn şəkildə “ASAN ödəniş” sistemi vasitəsi ilə ödənilir;
• Elektron hərrac başladıqdan sonra iştirakçılar qalib olmaq üçün təkliflər edirlər;
• Qalib iştirakçı haqqında sistem tərəfindən protokol tərtib olunur. Bu protokollar müvafiq qaydada Elektron Hökumət İnformasiya Sistemi (EHİS) üzərindən Ədliyyə Nazirliyinə, Daxili İşlər Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin informasiya sistemlərinə ötürülür.
Xatırladaq ki, ölkə ərazisində xüsusi karantin rejimi dövründə Dövlət Agentliyi tərəfindən bir sıra innovativ layihələr həyata keçirilib və əhalinin istifadəsinə verilib.
Dövlət Agentliyinin tabeliyində olan Elektron Hökumətin İnkişafı Mərkəzi və Daxili İşlər Nazirliyinin birgə əməkdaşlığı ilə “Xüsusi Karantin Rejiminin Tətbiqi Zamanı İcazələrin Alınması və Monitorinqi Sistemi” yaradılıb.
Dövlət xidmətləri haqqında məlumatların vətəndaşlara daha rahat şəkildə ötürülməsi məqsədilə Elektron Hökumətin İnkişafı Mərkəzi tərəfindən “ASAN bot” tətbiqi istifadəyə verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
54 d. əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 4 saat əvvəl
- 21 saat əvvəl
- 23 saat əvvəl
- 23 saat əvvəl
-
23 saat əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















