Azərbaycan şirkəti Qazaxıstanın aluminium yükünü nəql etməyə başlayıb
Fəaliyyətinin əsas istiqamətlərindən biri, Azərbaycandan keçən tranzit marşrutlarına yeni növ yüklərin cəlb edilməsi olan, "Azərbaycan Dəmir Yolları” QSC-nin törəmə şirkəti olan “ADY Express” MMC, ölkəmizin dəmir yollarında yaradılan geniş imkanlarından istifadə edərək, daha bir yeni növ yükü cəlb edərək, onun Azərbaycandan tranzit rejimində nəql olunmasına nail olub.
Marja xəbər verir ki, bu barədə “ADY Express” məlumat yayıb.
Məlumata görə, bu dəfə şirkət Qazaxıstan və Gürcüstandakı tərəfdaşları ilə, Qazaxıstanın Pavlodar şəhərindən Gürcüstanın Poti limanına qədər, “Qazaxıstan elektroliz zavodu”na məxsus aluminium yükünü nəql etməyə başlayıb.
"ADY Express"in də operatorluğu ilə, Qazaxıstanın Pavlodar-Yujnıy stansiyasında örtülü vaqonlara yüklənən aluminium, Kurık limanına yola salınıb. Kurık limandan vaqonlar bərə ilə Ələt limanına çatdırıldıqdan sonra, buradan da Gürcüstanın Poti limanına yola salınıb. Yük vaqonları ümumi olaraq 4186 km məsafəni qət edərək ünvana çatdırılırb. Yük vaqonlarının tranzit vaxtı (yolda olma vaxtı), havadan asılı olaraq 10-14 gün təşkil edir.
Qeyd edək ki, bu vaxta qədər artıq 326 vaqonla, 21 488 ton aluminium yükü Qazaxıstandan Poti limanına çatdırılıb. Yaxın zamanda daha 209 vaqonla 13 585 ton həmin yükün nəql edilməsi planlaşdırılan. Layihə uzun müddətə nəzərdə tutulub.
Beləliklə Azərbaycanda nəqliyyat sahəsində yaradılan geniş infrastruktur və bunun nəticəsində yaranan logistik imkanlar iri yük sahiblərini, Azərbaycan ərazisindən keçməklə məhsullarının daşınmasına seçim etmələrinə səbəb olur. Ölkəmizin nəliyyat-logistika imkanları və potensialı, ölkəmizdən yüklərin nəqlinin əlverişliyi, daşınan yüklərin həcminin artırılmasına səbəb olur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB
























