"Performance Center" şirkəti ölkəyə daha 2 beynəlxalq avtomobil markasını gətirir!
Bildiyiniz kimi, Performance Center şirkəti 1997-ci ildə Chevrolet və Cadillac avtomobillərinin Azərbaycandakı rəsmi distributoru kimi fəaliyyətə başlayıb.
2019-cu ilin avqust ayında isə Performance Center şirkəti Özbəkistan istehsalı olan Ravon avtomobillərinin Azərbaycandakı rəsmi distributorluğunu alaraq, satışlarını həyata keçirməyə başlayıb.
İndi isə öz şourumuna daha 2 beynəlxalq Çin avtomobil markasını qatmağa hazırlaşır.
Məlumdur ki, son illərdə keçirilən beynəlxalq avtomobil sərgilərində Çin avtomobilləri öz innovativliyi və güclü xüsusiyyətləri ilə hər kəsin diqqətini çəkməyə başlamışdı. Performance Center şirkəti də bu fürsətdən istifadə edərək Çinin 2 böyük markası, BAİC və JAC ilə razılaşmaya gələrək, Azərbaycandakı rəsmi distributorluğunu əldə etmişdir.
Şirkət həmçinin müştərilərin rahatlığı üçün onlara avtomobillərin ehtiyat hissələri və servis xidmətini də təklif edəcək.
Şirkətin marketinq direktoru Fərid Məmmədli bildirir ki, yaxın zamanda avtomobillərin media və alıcılara təqdimatı olacaqdır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
5 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 9 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB




















