Turizm rayonuna çəkilən dəmir yolu 70 faiz hazırdır
Ölkəmizdə turizmin inkişafına müsbət təsir göstərəcək Ləki-Qəbələ dəmir yolu xəttinin tikintisi davam edir. Dəmir yolunun çəkildiyi ərazilərin çox hissəsi relyef baxımından dağlıq ərazi olsa da, torpaq yatağının hazırlanmasının 98 faizi artıq başa çatıb.
Qəbələ birxətli dəmir yolunun tikinti işlərinə 2018-ci ildə start verilib və 70 faizi tamamlanıb. Dəmir yolu xətti ox üzrə 42,3 kilometr, yan yollarla birlikdə isə 44,49 kilometrdir. Ləki-Qəbələ dəmir yolu xətti çətin dağlıq relyefdə layihələndirildiyinə görə torpaq yatağı yüksək qazma (90m) və tökmə ərazilərdən (12 m) keçir. 23,24 kilometr dəmir yolunun üst quruluşu üzrə tikinti-quraşdırma işləri yekunlaşıb.
Ləki stansiyasından start götürücək qatar Qəbələdəki hava limanının yanında tikilən dəmir yolu vağzalında dayanacaq. Bakıdan Ağdaşa qədər dəmir yolu düz və hamar olsa da, Ləki stansiyasından Qəbələyə qədər olan xətt enişli-yoxuşlu dağlıq ərazidən keçir. Ağdaş dəmir yolu dayanacağının platformasının dəmir-beton konstruksiyasının tikintisi tamamlanıb, Qəbələ stansiya binasında, dəmir yolu platformalarında və yeni Qəbələ dartı yarımstansiyasında tikinti işləri davam edir. Həmçinin Hacıalı yarımstansiyasının da təmiri işləri həyata keçrilir. Yağış sularının torpaq yatağından kənarlaşdırılması məqsədilə layihədə 13300 paqonmetr beton qanov nəzərdə tutulub və 2200 paqonmetr hissəsinin tikintisi başa çatıb.
Torpaq yatağının dayanıqlığını təmin etmək məqsədilə layihə üzrə uzunluqları 150 paqonmetr və 127 paqonmetr olan iki istinad divarının inşası nəzərdə tutulub və 127 paqonmetr olan istinad divarının tikintisi yekunlaşıb. Eyni zamanda, 10 kV-luq sərbəst yan qidalandırıcı elektirik verilişi xəttinin və kontakt dirəklərinin quraşdırılması işləri davam etdirilir. Bununla bərabər xətt üzrə hərəkət edəcək sürətli qatarın təhlükəsizliyini təmin etmək üçün dəmir yolunun təhkim zolağı boyunca 84600 paqonmetr metal hasarın çəkilməsi də nəzərdə tutulub.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
12 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 16 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























