Azərbaycanda zərgərlik əşyaları kəskin ucuzlaşa bilər
Zərgərlik sahəsində böyük yeniliklər gözlənilirKeçən həftə dünya bazarında qızılın qiyməti bahalaşaraq 7 ilin maksimumuna çatıb. ABŞ iqtisadiyyatındakı vəziyyətə dair mənfi proqnozlar fonunda qızılın 1 unsiyası (31 qramı) 1773 dollara satılıb.
Ekspert Eduard Şamarayevin sözlərinə görə, pandemiya dövründə bütün dünyada investorlar üçün qızıl ən etibarlı yatırıma çevrildi:
"Qızılın qiyməti tarixdə ən yüksək həddə 2011-ci ildə çatıb. Həmin vaxt qızılın unsiyasının qiyməti 1900 dolları keçmişdi. Hazırda qızıla tələbin artması onu deməyə əsas verir ki, qiymətlər 2011-ci ildəki rekordu da qıra bilər. Azərbaycanda isə qızılın qiyməti dünya qiymətlərinə nisbətən aşağıdır. Çünki Azərbaycanda koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən karantin rejimi qızıl alğı-satqısının azalmasına səbəb olub. Xüsusilə toy mərasimlərinin təxirə salınması zərgərlik məmulatlarının satışını əhəmiyyətli dərəcədə azaldıb. Bizdə qızıl satışı əsasən iri ticarət mərkəzlərində həyata keçirilir. Karantin qaydaları ilə əlaqədar bu obyektlərin bağlı olması da satışlara mənfi təsir edib".
Eduard Şamarayev əlavə edib ki, zərgərlik sahəsində böyük yeniliklər gözlənilir. Xüsusilə idxal edilən qızıla tətbiq olunan gömrük rüsumlarının əhəmiyyətli dərəcədə azaldılması gözlənilir. Bu da Azərbaycanda qızılın qiymətinin xeyli ucuzlaşacağını deməyə əsas verir: "Hazırda xaricdən gətirilən zərgərlik əşyalarına dövlət gömrük rüsumu 49 faizdir, islahatlar çərçivəsində bu dərəcənin 1 faizə endirilməsi təklif olunur. Bu da idxal edilən qızılın təqribən 50 faiz ucuzlaşacağını deməyə əsas verir. Azərbaycanda əyar palatası ləğv olunub, onun yerinə Türkiyədəki təcrübə əsasında ölkəmizdə də əyar evləri açılacaq. İnsanlar asanlıqla qızıl əşyalarını əyar evlərində yoxladıb sata biləcəklər".
©️ "Vergilər" qəzeti
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















