İyunun hava proqnozu açıqlandı
İyun ayına olan hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, iyun ayında havanın orta aylıq temperaturunun iqlim normasına yaxın, bəzi yerlərdə bir qədər normadan yüksək, aylıq yağıntının miqdarının isə iqlim normasına yaxın, bəzi yerlərdə normadan bir qədər az olacağı gözlənilir.
Birinci ongünlüyün birinci yarısında ölkə ərazisində hava şəraiti mülayim, əsasən yağmursuz keçəcək.
Bakıda və Abşeron yarımadasında orta aylıq temperaturun23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 19-24, gündüzlər 26-31, bəzi günlərdə 35-38 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az olacağı (norma 9-12 mm) gözlənilir.
Naxçıvan Muxtar Respublikasında orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 19-24, gündüzlər 30-35, bəzi günlərdə 38-40 dərəcə isti təşkil edəcək, aylıq yağıntının miqdarı isə iqlim normasından bir qədər az (norma 21-35 mm) olacaq .
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər, Daşkəsən və Gədəbəy rayonlarında orta aylıq temperaturun 17-19 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxındır. Gecələr temperatur 12-17, gündüzlər 19-24, bəzi günlərdə 28-30 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasından bir qədər az olacağı (norma 86-130 mm) gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında orta aylıq temperaturun 23-26 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 18-23, gündüzlər 30-35, bəzi günlərdə 37 dərəcə isti təşkil edəcək, aylıq yağıntının miqdarı isə iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az (norma 46-63 mm) olacaq.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında orta aylıq temperaturun 22-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 17-22, gündüzlər 25-30, bəzi günlərdə 33-37 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə normadan az olacağı (norma 18-179 mm) gözlənilir.
Mərkəzi Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında orta aylıq temperaturun 25-28 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 19-24, gündüzlər 30-35, bəzi günlərdə 37-39 dərəcə isti təşkil edəcək, aylıq yağıntının miqdarı isə iqlim normasına (norma 12-49 mm) yaxın olacaq.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında orta aylıq temperaturun 23-25 dərəcə isti olacağı gözlənilir ki, bu da iqlim normasına yaxın və bir qədər yüksəkdir. Gecələr temperatur 18-23, gündüzlər 25-30, bəzi günlərdə 32-35 dərəcə isti təşkil edəcək. Aylıq yağıntının miqdarının iqlim normasına yaxın, bəzi yerlərdə isə bir qədər az olacağı (norma 29-47 mm) gözlənilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
-
4 gün sonra
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
- 2 gün sonra
-
-
12 d. əvvəl
Bakı Metropolitenində böyük rəqəmsal yenilənmə: Rabalon şirkəti 3 İT həllini uğurla tətbiq edib
-
18 d. əvvəl
Layihələrdə gizli risklərə son: "STV Engineering" sərgidə yeni həllərini təqdim edəcək
-
26 d. əvvəl
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
- 34 d. əvvəl
- 35 d. əvvəl
-
37 d. əvvəl
Azərbaycan alma ixracından 37 milyon dollar qazanıb - 14,6%-LİK ARTIM
- 41 d. əvvəl
-
44 d. əvvəl
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
- 47 d. əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mardi Mekan Estate: 60 ayadək faizsiz ödənişlə dənizkənarı həyat
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Dünya bazarları FED-in bu axşam açıqlayacağı qərarını gözləyir
Azərbaycanın xurma ixracında zəifləmə - GƏLİR AZALIB
Ən çox oxunanlar
Azərbaycan xaricə daha az fındıq satıb, daha çox qazanıb
5 ayda pomidor ixracı 120 milyon dollara yaxın qazanc gətirib
Azərbaycan 5 ayda 354 milyon dollarlıq tərəvəz və meyvə ixrac edib - 55 milyon dollar lıq və ya 18,6%-lik artım
Qızıl ixracı nəzərə alınmasa Azərbaycanın neyri-neft-qaz ixracında artım tempi aşağıdır
"Hilal Elektrik" dünya brendi "AKSA Generator" ilə sərgidə olacaq




























