Azərbaycanda həftəsonu ərzaq mağazaları da bağlı olacaq
Koronavirusun yayılmasının məhdudlaşdırılması üçün Azərbaycanda həftəsonu (şənbə və bazar) tam qapanma gözlənilir. Həmin günlər ərzaq mağazaları da bağlı olacaqdır.
Marja-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Vətəndaşlar 2 günülük küçəyə çıxmaq qadağasını nəzərə alaraq ərzaqları öncədən almalıdırlar.
İctimai və şəxsi nəqliyyatın da tam məhdudlaşdırılması nəzərdə tutulur. Apteklərin məsələsi müzakirə olunur.
Karantin rejiminin sərtləşdirilməsinin təfərrüatları sabah açıqlanacaqdır.
"Bu həftə cümə günü dövlət müəssisələrində iş saatlarının qısaldılması barədə müraciət olunub. Vətəndaşlarımız nəzərə almalıdır ki, növbətçi apteklər istisna ilə, ərzaq malları satışı da daxil olmaqla, bütün ticarət mərkəzləri bağlı olacaq. Vətəndaşlar təlaşa düşməməlidir. Mağazalara müraciət edirik ki, iş saatlarını uzatsınlar. İnsanlar zəruri ehtiyaclarını ödəsinlər. Şənbə və bazar günləri həyati vacib bir sıra sahələrin çalışması nəzərdə tutulur. Təcili tibbi yardım, qəza xidməti həmin günlərdə çalışacaq. İşləməsi zəruri olan sahələrlə bağlı sabah qərar qəbul edilərkən məlumat veriləcək. Məhdud sayda vətəndaşlarımıza SMS-lə çıxmağa icazə veriləcək. Yalnız xüsusi sağlamlıq vəziyyətlərində xəstəxanalara müracət üçün çıxmasına icazə veriləcək”,- Ramin Bayramlı deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
10 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 14 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB






















