"Ukraynanın bir sıra market şəbəkələrilə razılaşmalar əldə etmişik"
Azərbaycanın Ukraynadakı Ticarət Evi yeni inkişaf strategiyasına start verib. “Made in Azərbaycan” brendinin xarici ölkələrdə tanıdılması və ölkəmizdə istehsal olunan məhsulların ixracının təşviqi, satışı, təşkili və əlaqələndirilməsində ticarət evlərinin səmərəsi böyükdür. Bu baxımdan Kiyev şəhərində fəaliyyət göstərən Azərbaycan Ticarət Evi ölkəmizdə istehsal olunan kənd təsərrüfatı, şərab və digər yerli məhsulların Ukraynanın rəqabət bazarına çıxarılması üçün monitorinq və menecment fəaliyyətini davam etdirir.
Bu barədə Azərbaycanın Ukraynadakı Ticarət Evinin təsisçisi Daşqın Əhmədov məlumat verib.
D.Əhmədov bildirib ki, bu günlərdə ölkəmizdə istehsal olunan şərab və şərab məhsullarının Ukraynaya gətirilməsi üçün sözü gedən ölkənin müvafiq qurumlarından pərakəndə və topdan satış lisenziyası alınıb.
“Xarici dövlətlərdə Azərbaycan Ticarət evlərinin açılması ölkəmizdə istehsal olunan müxtəlif çeşidli məhsulların xarici bazarlara çıxarılması üçün geniş imkanlar yaradıb. Ticarət Evi olaraq Ukraynanın bir sıra market şəbəkələrində yerli məhsullarımızın satışını təmin etmək üçün razılaşmalar əldə etmişik. Bu isə onu deməyə əsas verir ki, azərbaycanlı iş adamları, istehsal müəssisələri rəhbərləri və sahibkarların istehsal etdikləri məhsulların Ukrayna bazarına çıxarılması üçün əlverişli şərait yaranıb. Bu baxımdan ölkə rəhbərliyinin qarşımızda qoyduğu göstəriş və tapşırıqlara uyğun olaraq Azərbaycan Ticarət Evinin yaxın gələcəkdə Lvov, Dnepr, Xarkov və Sumı şəhərlərində filiallarının açılışı olacaq. Əsas hədəfimiz perspektivdə Azərbaycan Ticarət Evinin Ukraynanın bütün şəhərlərində filiallarının açılmasına nail olmaqdır. Əminəm ki, Azərbaycan İqtisadiyyat Nazirliyinin dəstəyi ilə xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan Ticarət evlərinin koordinasiyalı işi ölkəmizdə istehsal olunan müxtəlif çeşidli məhsulların dünya bazarına çıxarılmasında müstəsna rol oynayacaq”, - deyə D.Əhmədov əlavə edib.
Onun sözlərinə görə, artıq ilkin olaraq “Abşeron Şərab” ATSC müxtəlif çeşiddə 16 min şüşə şərab məhsullarını Azərbaycan Ticarət Evinin platforması çərçivəsində Ukrayna bazarına çıxarıb. Məqsədimiz yaxın gələcəkdə bu rəqəmi ayda 50 min şüşəyə qaldırmaqdır. Əminəm ki, bu ilin sonunadək Azərbaycan istehsalı olan məhsulları Ukraynanın böyük market şəbəkələrinin vitrinlərində görə biləcəyik.
“Mən buradan üzümü azərbaycanlı iş adamlarına, xüsusilə istehsal müəssisələri rəhbərlərinə və sahibkarlara tutaraq demək istəyirəm ki, istehsal etdiyiniz məhsulların Ukrayna bazarına çıxarılması üçün onlara yaradılmış imkanlardan maksimum istifadə etsinlər. Düşünürəm ki, yaradılmış ticarət platforması azərbaycanlı iş adamları üçün bir fürsətdir. Xatırladım ki, Azərbaycan Ticarət Evində ölkəmizdə istehsal olunan müxtəlif çeşidli məhsulların daimi sərgisi fəaliyyət göstərir. Bu ev daima azərbaycanlı iş adamlarının üzünə açıqdır. Buyursunlar gəlsinlər, həm istehsal etdikləri məhsullarla Azərbaycanı tanıtsınlar, həm də Avropanın ən böyük ölkələrindən sayılan Ukrayna bazarında özlərinə yeni tərəfdaşlar və müştərilər qazanmaqla istehsal imkanlarını daha da genişləndirsinlər”, - deyə D.Əhmədov vurğulayıb.
Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
22 saat əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qətər neftin qiymətinin 150 dollara qədər qalxa biləcyi barədə xəbərdarlıq etdi
- 1 gün əvvəl
-
1 gün əvvəl
Azərbaycan və “Dell Technologies” şirkəti əməkdaşlıq imkanları müzakirə edib
-
1 gün əvvəl
Kapital Bank qeyri-neft sektoru üzrə vergi rekordçusu ünvanını qoruyur
-
1 gün əvvəl
İpoteka sisteminin təhlükəsizliyi ilə bağlı iki qurum birgə məlumat yayıb
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
Neftin qiyməti 90 dollara yaxınlaşdı
Xalq Bankdan 8 Mart kampaniyaları
Bank BTB-nin aktiv və öhdəlikləri ABB-yə keçir!
“BTB” bank fəaliyyətini dayandırır - SON DƏQİQƏ
Daha 5 avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib - QALİBLƏRİN ADLARI AÇIQLANIB























