Ən yuxarı (mobil)-2_30

2020-ci ilə dair təbii qaz qiyməti proqnozu azaldılıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
2020-ci ilə dair təbii qaz qiyməti proqnozu azaldılıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

Beynəlxalq kredit reytinqi təşkilatı Fitch Ratings, 2020-ci il üzrə təbii qaz qiyməti proqnozunu min kub metr üçün 194 dollardan 123 dollara endirib.

Marja xəbər verir ki, Fitch Ratings təbii qaz qiymətlərinin uzun müddət aşağı qala biləcəyini qeyd edib. 

Fitch Ratings bildirib ki, Avropadakı mövcud qiymətlər bir sıra qaz istehsalçıların, o cümlədən Rusiyanın Qazprom şirkətinin ixrac xərclərini qarşılamır. 

Qiymətin düşməsinin fərqində olan Qazprom da təbii qaz qiymətlərinin bu il 2019-cu illə müqayisədə min kub metr üçün 211 dollardan orta hesabla 133 dollara geriləyəcəyini gözləyir.

Rusiya, Avropanın ən böyük qaz təchizatçısı olmağa davam edir, eyni zamanda, Qatar və ABŞ kimi LNG tədarükçülərinin və Azərbaycanın Türkiyə üzərindən TANAP ilə yeni tədarük yolları açması ilə rəqabət də artır.

Koronavirus (Kovid-19) məhdudiyyətləri ilə əlaqədar olaraq təbii qaza tələb azalıb və qiymətlər düşür.

09.06.2020 17:54

Müştərilərin xəbərləri

Mobil Manşet alt reklam-2_22

SON XƏBƏRLƏR

Mobil əsas səhifə 4-cü2_27
Mobil əsas səhifə 5-ci_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci2_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18