Azərbaycan neftinin ən çox ixrac olunduğu 10 ölkə - SİYAHI
2020-ci ilin yanvar-may ayları ərzində Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən ixrac olunan xam neftin əsas alıcıları Avropa və Asiya ölkələri olub.
Azərbaycan mənşəli xam neftin ən çox ixrac olunduğu ölkələr siyahısına yenə İtaliya liderlik edib.
Hesabat dövründə bu ölkəyə 2 mln. 337 min 600 ton həcmində Azərbaycan nefti ixrac olunub. İtaliyanın Azərbaycan neftinin ixracında payı 26,2% təşkil edib.
Azərbaycan neftinin ikinci ən böyük alıcısı Çin olub. Belə ki, ilin beş ayında Çin SOCAR-dan 1 mln. 253 min 300 ton Azərbaycan nefti alıb. Azərbaycanın ümumi neft ixracında Çinin payı 14% olub.
Hindistan və Vyetnam SOCAR tərəfindən ixrac olunan Azərbaycan neftinin növbəti ən böyük alıcılarındandır. İlin beş ayında Hindistan 640 min 900 ton (7,2%) Vyetnam isə 518 min 800 ton (5,8%) həcmində Azərbaycan nefti alıb.
Azərbaycan neftinin növbəti ən böyük alıcılarının siyahısı belədir:Yunanıstan 450 min 100 ton (5%), Ukrayna 432 min 200 ton (4,8%), Xorvatiya 428 min 900 ton (4,8%), İsrail 385 min 500 ton (4,3%), Tailand 335 min 200 ton (3,8%), Çexiya 301 min ton (3,4%).
©️ Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
-
3 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
- 15 d. əvvəl
-
-
2 saat əvvəl
Çin Boeing-dən 500 təyyarə sifariş edə bilər – tarixinin ən böyük satışlarından biri gözlənilir.
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə taxıl yüklü vaqonlar göndəriləcək
- 5 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
-
1 gün əvvəl
Unibank BMT-nin Qadınların Səlahiyyətləndirilməsi Prinsiplərinə qoşuldu
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Bazarlar sarsıldı - Neft 116 dolları keçdi
Müharibə İraqln neft hasilatını vurdu – İstehsal 60% azalıb
Neftin qiyməti 108 dolları keçdi
Xameneinin oğlu Müctəba Xamenei İranın Ali Rəhbəri seçilib
Ən çox oxunanlar
İran Prezident İlham Əliyevə zəng edib - “Naxçıvanın atəşə tutulmasının İranla əlaqəsi yoxdur”
Məsud Pezeşkian hücumlara görə qonşu ölkələrdən üzr istədi
“Coca-Cola” qadın jurnalistləri təbrik edir
Hacıqabul Quşçuluq Şirkəti xüsusi mükafata layiq görülüb
10 mart tarixi üçün Dolların rəsmi məzənnəsi müəyyən olunub























