"Xalçanı təmizləyən tozdan qənd istehsalında istifadə olunub" - PROKURORLUQDAN AÇIQLAMA
Bəzi kütləvi informasiya vasitələrində bir sıra qənnadı məmulatlarının istehsalı müəssisələrində “kəllə qənd” istehsalı zamanı mənşəyi məlum olmayan kimyəvi maddələrdən istifadə edilməsi barədə məlumatlar yayılmışdır.
Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən bu məsələ ilə əlaqədar verilmiş məlumata əlavə olaraq bildirilib ki, Asif İsmayılov, Əli Əliyev, Teyyub Nadirov, Maqsud Əlizadə və İran İslam Respublikasının vətəndaşı Tayef Davoudun qənd sexlərində kəllə qəndin istehsalı zamanı məhsulun rənginin ağardılması və xalça yuma məntəqələrində ləkələrin təmizlənməsi məqsədilə istifadə olunan insan sağlamlığı üçün təhlükəli olan toz halında maddəni Bakı, Sumqayıt və Respublikanın digər şəhərlərində fəaliyyət göstərən qənd istehsalı sexlərinin sahiblərinə satışını həyata keçirməsi, həmin fərdi sahibkarların qeyd olunan maddədən kəllə qənd istehsalı zamanı istifadə edərək, hazır məhsulların istehlak xüsusiyyəti və ya keyfiyyətinə dair istehsalçıları xeyli miqdarda aldatmağa cəhd etməsi barədə Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyindən daxil olmuş material əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılmışdır.
Asif İsmayılovun Cinayət Məcəlləsinin 29, 200.1-ci (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satmasına cəhd), Əli Əliyev, Teyyub Nadirov və Maqsud Əlizadənin Cinayət Məcəlləsinin 29, 200.2.3-cü (külli miqdarda ziyan vurmaqla törədilməsinə cəhd), Tayef Davoudun isə Cinayət Məcəlləsinin 32.5, 29, 200.2.1 və 32.5, 29, 200.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə ibtidai istintaq yekunlaşdırılaraq 27 dekabr 2019-cu il tarixdə Binəqədi rayon məhkəməsinə göndərilmişdir.
Hazırda Binəqədi rayon məhkəməsində cinayət işi üzrə məhkəmə baxışı yekunlaşmaq üzrədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
16 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 18 saat əvvəl
- 18 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir













.jpg)





.jpg)



