Amerikalı milyarder Çinin ən böyük əmlak saytı ilə müqavilə imzalayıb
ABŞ-ın bazar dəyəri baxımından ən böyük 6-ıncı şirkəti olan "Berkshire Hathaway Holding"in törəmə şirkəti "HomeServices", Çinin ən böyük əmlak internet saytı "Juwai.com" ilə müqavilə imzalayıb.
"Marja" xəbər verir ki, "Berkshire Hathaway"ə amerikalı milyarder Uorren Buffet rəhbərlik edir.
Şirkətdən verilən açıqlamada, "HomeServices"in İcraçı drektoru Gino Blefari, "Amerikalılardan sonra, ABŞ-da ən çox əmlak satın alan çinlilərdir. Bağladığımız marketinq müqaviləsi sayəsində çinli daşınmaz əmlak müştəriləri ABŞ-da daha asan əmlak axtarıb satın ala biləcəklər" -ifadəsini istifadə edib.
Juwai.com adlı əmlak saytına ayda orta hesabla 2 milyon ziyarətçi daxil olur. Sayt müştərilərinə əmlak sahəsində məsləhət, müraciət prosesləri və tərcümə kimi xidmətlər göstərir.
"Berkshire Hathaway HomeServices", ABŞ-ın ən böyük ikinci əmlak şirkətidir.
Məsləhət şirkəti Rosen Consulting Group və "Asia Society" təşkilatının keçən il hazırladığı hesabatda, 2010-2015 illəri arasında çinli müştərilərin ABŞ-da təxminən 110 milyard dollar dəyərində mənzil satın aldığı bildirilir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
9 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 10 saat əvvəl
- 10 saat əvvəl
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir























