Ən yuxarı statik reklam_3
Ən yuxarı (mobil)_30
Mobil manşet üstü reklam_21

Fed faiz qərarını açıqlayıb

iç səhifə xəbər başlığı altı (mobil)_31
Fed faiz qərarını açıqlayıb
iç səhifə xəbər şəkil altı-2 (mobil)_32

ABŞ Mərkəzi Bankı (Fed), İyul ayı yığıncağında bazar proqnozuna paralel olaraq faizində dəyişikliyə getmədi. Bank, koronavirus pandemiyasından toparlanma müddətində ABŞ iqtisadiyyatını dəstəkləmək üçün bütün vasitələrin istifadə ediləcəyi öhdəliyini təkrarlayıb.

Marja xəbər verir ki, Fed-in Federal Açıq Bazar Komitəsi (FOMC), koronavirus pandemiyasının təsirlərini yüngülləşdirmək üçün əsas faizi 15 Martdan bu yana olduğu 0 - 0.25% aralığında saxlamaq qərarı qəbul edib.Qərar yekdilliklə qəbul edilib.

Reklam_3_11

Fed ABŞ iqtisadiyyatında gedişatın koronavirusa bağlı olduğunu qeyd edib.

Bankın açıqlamasında, "İqtisadiyyat ciddi bir şəkildə virusun gedişatına bağlı olacaq. İqtisadi fəaliyyət və məşğulluq sərt enişlərin ardından son aylarda bir qədər yüksəlib, ancaq ilin əvvəlindəki səviyyələrdən çox altında qalmağa davam edir",- bildirilir.

Fed, iqtisadiyyatın yaxşılaşdığından əmin olana qədər faizlərin çox aşağı səviyyədə saxlanılacağını vurğulayıb.

29.07.2020 23:39

Müştərilərin xəbərləri

Mobil-manshet-alt3_22
Mobil əsas səhifə 4-cü_27
Mobil əsas səhifə 5-ci-2_28
Mobil əsas səhifə 6-ci_29
Desktop_Manset_sag_5
Esas-sehifede-reklam-3_8
Ana-sehifede-2-reklam-3_9
Əsas səhifədə 3-cü reklam_10
Xəbər mətn sağ 1-ci-2_15
Xəbər mətn sağ 2-ci_16
Xəbər mətn sağ 3-cü_17
Xeber_metn_sag_18_2_18