TuranBankdan özünüməşğulluq proqramına növbəti dəstək!

(®️) Uğurla davam edən bu təşəbbüsə dəstək olaraq TuranBank sosial müdafiəyə xüsusi ehtiyacı olan işsiz şəxslərə, aztəminatlı ailələrə, məcburi köçkünlərə əvəzsiz olaraq avadanlıq verilməsi istiqamətində fəaliyyətini davam etdirərək 5 əlillik dərəcəsi olan şəxsi fəaliyyət göstərdikləri sahə üzrə ehtiyac duyduqları iş alətləri ilə təmin etmişdir.
Belə ki, Gəncə şəhərindən Ceyhun Həsənov, Xaçmaz rayonundan Zaur Paşayev, Ağcabədi rayonundan Şahin Rüstəmov, Bərdə rayonundan Elşən Məmmədov və Goranboy rayonundan Sənan Nuriyev özünüməşğulluq proqramına müraciətləri əsasında avtoyuma üçün peşəkar avadanlıqlarla təmin olunmuşdur.
Xatırladaq ki, sözügedən dəstək 11 mart 2020-ci il tarixində Ölkə Prezidentinin həssas əhali qruplarının özünüməşğulluğunun təşkilinə ölkədə fəaliyyət göstərən banklar tərəfindən köməklik göstərilməsi ilə bağlı sosial məsuliyyətin bölüşdürülməsi təşəbbüsünə dəstək vermək məqsədilə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Azərbaycan Respublikasının Mərkəzi Bankı və Azərbaycan Banklar Assosiasiyası arasında həssas əhali qruplarının özünəməşğulluğunun təşkilinə köməklik göstərilməsi sahəsində əməkdaşlığa dair imzalanan Memoranduma əsasən TuranBank tərəfindən həyata keçirilir.
Bütün proqram iştirakçılarını təbrik edir və gələcək işlərində uğurlar arzulayırıq!
Marja.az-ın Telegram kanalına qoşulun və xəbərlər cibinizə gəlsin.
♦️ Ən son və vacib iqtisadi xəbərlər üçün Marja - Biznes və Maliyyə Xəbərləri Portalı
♦️ Ən mühüm xəbərlər üçün Marja.az
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
-
2 saat əvvəl
“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur
-
5 saat əvvəl
Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 14 saat əvvəl
-
18 saat əvvəl
Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi
-
20 saat əvvəl
"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
-
20 saat əvvəl
Azərbaycanda məsafə əsaslı avtomobil nəqliyyatı xidməti tətbiq ediləcək
-
21 saat əvvəl
Prezidentdən sərnişin daşınmasının təkmilləşdirilməsi ilə bağlı FƏRMAN
Son Xəbərlər

Ruanda Prezidentinin rəsmi qarşılanma mərasimi olub

Sentyabrın 21-də gözlənilən hava şəraiti

“PAŞA Bank” qadın liderliyini təşviq edən “Women in Formula One” tədbirinin sponsorudur

Avqustda Azərbaycandan pomidor ixracı demək olar ki, dayanıb

Fitch İtaliyanın kredit reytinqini yüksəltdi

Fitch ABB-nin reytinq proqnozunu yenə Pozitiv qiymətləndirdi

"Bank Respublika"nın dəstəyi ilə Naxçıvanda “Sahibkar çətiri” layihəsinə start verilib
Ən çox oxunanlar

Bakıda ödənişli hərəkət zonaları yaradılacaq

"İctimai nəqliyyat" Məqsədli Büdcə Fondu yaradılıb

Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
