500 yerli və xarici iştirakı ilə turizm tədbiri keçiriləcək
Dövlət Turizm Agentliyi və Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə oktyabrın 14-də “Travel Business Azerbaijan Online” tədbiri təşkil olunacaq.
Agentliyin yaydığı məlumata görə, tədbirdə Avropa və Körfəz ölkələri, Rusiya və MDB ölkələri, Çin və Cənub-Şərqi Asiya, eləcə də Hindistan və Cənubi Asiya ölkələrindən 300-ə qədər xarici iştirakçının qatılacağı gözlənilir. Eyni zamanda tədbirə Azərbaycanın turizm və hotel sənayesini təmsil edəcək 200 nümayəndə dəvət olunacaq.
Tədbirin keçirilməsində məqsəd turizm sahəsində fəaliyyət göstərən yerli şirkətlərlə xarici turizm şirkətləri arasında əməkdaşlıq imkanlarının yaradılmasına şərait yaratmaq və qarşılıqlı münasibətlərin inkişafına təkan verməkdir.
“TBA Online” zamanı yerli və xarici iştirakçılar bir-biri ilə görüşlər təyin etmək imkanı əldə edəcəklər. Bundan əlavə, platformada xüsusi alqoritmlə istifadəçilərin uyğunlaşdırılması sistemi istifadə olunacaq ki, bu da iştirakçıların öz maraq və profilinə uyğun avtomatik yönləndirilməsi ilə nəticələnəcək.
Görüşlərdən əlavə, yerli sərgi iştirakçılarının təqdimatında müxtəlif vebinarlar da təşkil olunacaq.
Platformadan istifadə edərkən iştirakçılar, həmçinin müxtəlif mövzularda maraqlı videolar izləyə, broşuralar, jurnallar yükləyə və xəritə üzrə Azərbaycanın turizm potensalını kəşf edə bilərlər.
Saat 05:00-dan 21:00-a qədər davam edəcək tədbirdə iştirak üçün qeydiyyata avqustun 17-dən start veriləcək. Tədbirdə iştirak ödənişsizdir.
Qeyd edək ki, onlayn keçiriləcək tədbir aprelin 29-da Bakıda keçirilməsi planlaşdırılan, ancaq pandemiyaya görə təxirə salınan “Travel Businness Azerbaijan 2020” tədbirinə alternativ olaraq təşkil olunur.
“Travel Business Azerbaijan Online” tədbiri pandemiya dövründə Azərbaycanın turizm imkanlarının onlayn platformalar üzərindən tanıdılması fəaliyyətinin davamı olaraq çıxış edir.
Tədbir haqqında daha ətraflı məlumatı https://travelbusiness.az/ saytından əldə etmək mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
-
17 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Avropa Birliyində turistik qonaqlama rekord qırılıb
Sıfır xərclə ticarət mümkündür?
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
Ən çox oxunanlar
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti
Dövlətə məxsus xidmət və yeyinti sənaye sahələri üzrə səhmdar cəmiyyətləri özəlləşdirilir - ADLARI























