“Sahibkarlar sözlərinə əməl etmədilər” - 12 milyon manatlıq borc müzakirə edildi
Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə Şəmkir rayonunda fəaliyyət göstərən istixanalarda mövcud olan problemlərə dair videokonfrans keçirilib.
“Azəriqaz”ın yaydığı məlumata görə, görüşdə Kənd Təsərrüfatı nazirinin müavini Sarvan Cəfərov, Kiçik və Orta biznesin inkişafı Agentliyinin idarə heyətinin sədrinin 1-ci müavini Natiq Həsənov, “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev, eləcə də digər rəsmilər iştirak ediblər.
20-dən çox fermerin qatıldığı müzakirələrdə istehlak edilən qaza görə istixana sahiblərinin “Azəriqaz” İstehsalat Birliyinə külli miqdarda, yəni 12 milyon manata yaxın borcunun olması və digər məsələlər müzakirə edilib.
“Azəriqaz” İB-nin baş direktoru Ruslan Əliyev bildirib ki, istifadə olunan təbii qazın ödənişləri üzrə ən aşağı göstərici Şəmkir rayonu ərazisində fəaliyyət göstərən isitxanalara aiddir. Ən çox güzəşt olunan istixana sahiblərinin əksəriyyəti də elə Şəmkir bölgəsinin payına düşür.
“Biz qış mövsümündə güzəştlərə razılıq verdik, lakin bu münasibətin qarşılığında ödəniş faizi xeyli aşağı oldu. Hətta bəzi sahibkarlar söz vermişdi ki, qazanc əldə etdikdən sonra öhdəliklərinə ən azı 30% əməl edəcəklər. Yəni borcun heç olmasa bu qədər hissəsi ilkin mərhələdə ödəniləcək. Amma bu da olmadı”.
“Azəriqaz” İB-nin təsərrüfat yönümlü təşkilat olduğunu vurğulayan baş direktor, qazın satışından gələn gəlirlərin çox saylı kollektivin əmək haqlarının verilməsi, qaz şəbəkəsinin saxlanılması və digər sahələrə xərcləndiyini bildirib. Ruslan Əliyev bu günkü duruma baxmayaraq yenə də sahibkarlara müəyyən qədər güzəştlərin olunmasını istisna etməyib. Amma bunun qarşılığında istifadə olunan təbii qazın dəyərinin vaxtında ödənilməsi vacib şərtdir.
Sonda onlayn müzakirələrə qatılan təşkilatların rəhbərləri sahibkarlardan qarşıdakı günlərdə təkliflər hazırlayıb təqdim etmələrini xahiş ediblər. Bu təkliflər müzakirə olunaraq yenidən təkrar görüşün təşkilinə qərar verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 12 d. əvvəl
- 19 d. əvvəl
-
-
31 d. əvvəl
Artıq ƏDV qəbzini skan etməyə gərək yoxdur - Birbanklılar üçün daha bir üstünlük
-
39 d. əvvəl
Qlobal bank FED-in faiz endirimlərini təxirə salacağını gözləyir
-
1 saat əvvəl
Prezident İlham Əliyev XIII Qlobal Bakı Forumunun açılış mərasimində iştirak edir
- 1 saat əvvəl
-
1 saat əvvəl
Fitch 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu yüksəldib
-
1 saat əvvəl
"Hücumların ilk 6 günündə ABŞ-ın xərci 11,3 milyard dolları keçib"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
ABŞ Strateji Neft Ehtiyatından 172 milyon barel neft bazara buraxacaq
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Təsərrüfatını böyütmək istəyənlər üçün fürsət!
Bu gün Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqlayacaq
Fitch 2026-cı il üzrə qlobal iqtisadi artım proqnozunu yüksəldib
"Hücumların ilk 6 günündə ABŞ-ın xərci 11,3 milyard dolları keçib"
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
İraq neft limanlarının bağlandığını açıqlayıb
Neftin qiyməti yenidən 100 dolları keçdi
Pezeşkian müharibənin bitməsi üçün İranın şərtlərini açıqladı
Azərbaycan Prezidentilə Avropa İttifaqı Şurasının Prezidentinin birgə mətbuat bəyanatı
Əmanətiniz illik 12 % gəlir gətirsin!





















