Avro daha da bahalaşa bilər
Beynəlxalq valyuta birjalarında Amerika ilə Çin arasında gərgin münasibətlərin yeni səviyyəyə yüksəlməsi, dolların ucuzlaşmasına səbəb olub. Beləliklə, EUR/USD və GBP/USD məzənnələrində də bahalaşma müşahidə edilir.
Təhlillərə əsasən, EUR 1.19$-ın qırılması ilə 1.20$-a kimi bahalaşmaqda davam edə bilər. GBP-nin dollara nisbətən qiyməti də 1.31$-ın üzərində ticarət edilir və 1.32$-a kimi bahalaşacağı proqnozlaşdırılır.
Foreks bazarlarında dolların ucuzlaşması USD/JPY məzənnəsində daha aydın görünür. Belə ki, məzənnə son üç ticarət günündə 105 yenə kimi 1.4%-a kimi dəyər itirib. Lakin dollar ilə müqayisədə lirə daha çox təzyiq altındadır. USD/TRY məzənnəsi Avropa sessiyasında 7.40TL-yə kimi bahalaşdıqdan sonra korreksiya etsə də Asiya sessiyasında müqaviməti qırmaq üzrədir. Bunun baş verməsi şəraitində Dollar/Lirə valyuta cütlüyünün qiyməti 7.56TL-yə kimi bahalaşa bilər.
Qlobal siyasi və iqtisadi risklərin daha da artması, əlvan metallar bazarlarında qızıla olan tələbi yenidən artırıb. Keçən həftə 1863$-a kimi korreksiya edən bir unsiya üzrə qiymət bu səviyyədən dəstək alaraq, bahalaşmağa başlamışdır. Cari həftə ərzində isə qiymət artıq yenidən 1995$-ın üzərində dalğalanmaqdadır və sözügedən səviyyənin üzərində qalarsa, 2032 və 2075$-a kimi də dəyər qazana bilər.
Bu gün birjalarda məzənnələrə güclü təsir edə biləcək fundamental göstəricilər azdır. İnvestorlar bu gün Bakı vaxtı ilə saat 16:30-da Amerikanın tikinti sektoruna dair dərc ediləcək göstəricilərlə kifayətlənməli olacaqlar. Lakin cümə günü Avrozona və İngiltərənin xidmət və sənaye sektorları ilə bağlı açıqlanacaq göstəricilər diqqət mərkəzində qalmaqdadır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 2 d. əvvəl
-
-
5 d. əvvəl
Əczaçılıq məhsullarının idxal dəyəri artıb, həcmi azalıb - 4 AYDA 170 MİLYON DOLLARLIQ İDXAL
- 8 d. əvvəl
- 21 d. əvvəl
- 24 d. əvvəl
- 31 d. əvvəl
- 33 d. əvvəl
- 1 saat əvvəl
-
11 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Azərbaycana çay idxalı 23% azalıb
Azərbaycana tütün və tütün məmulatlarının idxalı 20% artıb
Süd və qaymaq idxalı 54,9% artıb
Yeyinti məhsullarının idxalı 46,3 milyon dollar artıb
Tramp: Sabah İrana hücum etməyəcəyik
Ən çox oxunanlar
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Şəkər ixracı 4 dəfədən çox artıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Kartof ixracı 2 dəfədən çox artıb






.jpg)















.jpg)


