"Avqustda benzin ixracı planlaşdırılmır"
SOCAR 2020-ci ilin may-iyul aylarında dünya bazarlarına 64 min ton Aİ-92 markalı avtomobil benzini ixrac edib, avqustda ixrac planlaşdırılmayıb.
"2019-cu ildə Azərbaycandan Aİ-92 markalı benzin ixrac olunmayıb, istehsal olunan bütün məhsul daxili bazara yönəldilib. Bu il ölkədə avtomobil benzininin istehlak həcmi azalsa da, onun ixracı üçün şərait yaranıb. Beləliklə, may, iyun və iyul aylarında ümumilikdə 64 min ton Aİ-92 markalı avtomobil benzini ixrac etmişik", - deyə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyası ilə əlaqədar karantin tədbirlərinin tətbiqi səbəbindən ölkə daxilində yanacağa tələbat əsasən aprel, may və iyun aylarında azalıb.
"Qeyd olunan aylarda yanacağa tələbatın azalmasına baxmayaraq, həmin dövrdə ölkə daxilində istehlak olunmayan neft məhsulları SOCAR tərəfindən ixrac olunub. İndi tələbat tədricən əvvəlki səviyyəyə qayıdır, buna görə də artıq avqustda benzin ixracı planlaşdırılmır", - deyə Əhmədov vurğulayıb.
Statistik məlumatlara əsasən, 2020-ci ilin yanvar-iyul aylarında ölkədə 715,9 min ton (artım 0,3%) avtomobil benzini istehsal edilib.
Neft-qaz bazarındakı mənbənin “İnterfaks-Azərbaycan” agentliyinə verdiyi məlumata görə, Azərbaycan bu ilin may ayında Aİ-92 markalı avtomobil benzininin ixracını bərpa edib. Bütün yanacaq partiyası Yunanıstana ixrac edilib.
Cari ilin may-iyun aylarında 11 milyon 265,15 min dollar dəyərində 53 min 961,42 ton həcminə Aİ-92 markalı benzin Liviya, Yunanıstan və Rusiyaya ixrac edilib.
Sonuncu dəfə Azərbaycandan Aİ-92 markalı avtomobil benzini ixracı (3 mlyon 428,63 min dollar məbləğində 7 min 9,61 ton) 2017-ci ildə həyata keçirilib. Bütün partiya Əfqanıstana ixrac edilib.
SOCAR-ın strukturuna daxil olan Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda (BNEZ) yalnız Aİ-92 markalı avtomobil benzini istehsal olunur.
Premium Euro-95 və Super Euro-98 markalı benzin növləri Azərbaycana idxal olunur.
"İnterfaks-Azərbaycan"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
- 4 d. əvvəl
-
- 21 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AccessBank-ın 2026-cı ilin 1-ci rübü üzrə maliyyə vəziyyəti açıqlandı
- 2 saat əvvəl
-
3 saat əvvəl
Kapital Bank güzəştli kreditlərin verilməsinə dair müqavilə imzalayıb
-
3 saat əvvəl
Azərbaycan Kredit Bürosu ilə Çinin Pudao Kredit Bürosu arasında görüş keçirilib
-
3 saat əvvəl
Azərbaycanda orta maaş 5 faizdən çox artaraq 1099,1 manat təşkil edib
-
3 saat əvvəl
"Expressbank"ın biznes kreditləri portfeli 200 milyon manat səviyyəsini keçib
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Ən çox oxunanlar
ABB-nin kredit portfeli ilk rübdə 80 milyon manata yaxın artıb
3 ayda Naftalana 9 minə yaxın yerli və xarici turist gəlib
Xalq Bank I rübün yekunlarını açıqladı
Çinin ixracı yavaşlayıb
Azərbaycan neftinin son qiyməti












.jpg)







