Azərbaycanın iri rabitə operatorunun gəlirləri azalıb
Rabitə operatoru "Az - Euro Tel" MMC 2019-cu ili 560 min manat xalis mənfəət ilə başa vurub. Ötən il 2018-ci illə müqayisədə şirkətin xalis mənfəəti 44,7% artıb. Belə ki, "Az - Euro Tel" 2018-ci ili 387 min manat xalis mənfəət ilə bağlamışdı. Xalis mənfəətin artması gəlirlərin artmasından deyil, xərclərin azalmasından qaynaqlanır.
“Marja” MMC-nin maliyyə hesabatına istinadən xəbər verir ki, 2019-cu ildə "Az - Euro Tel"in cəmi gəlirləri 6 milyon 214 min manat, cəmi xərcləri isə 5 milyon 653 min manat təşkil edib. 2018-ci ildə "Az - Euro Tel"in cəmi gəlirləri 6 milyon 398 min manat, cəmi xərcləri isə 6 milyon 11 min manat təşkil etmişdi. Beləliklə, ötən il "Az - Euro Tel"in cəmi gəlirləri cüzi, xərcləri isə 6% azalıb.
Şirkətin "digər əməliyyat xərcləri" 2 milyon 609 min manatdan 1 milyon 664 min manata düşüb.
"Azeurotel" MMC korporativ və fərdi istifadəçilərə Telefoniya, İnternet, məlumatların ötürülməsi, İP televiziya və GPON texnologiyası xidmətlərini təqdim edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
13 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 13 saat əvvəl
-
14 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək























