Rusiyada qarabaşaq kəskin bahalaşıb
Rusiyada sentyabr ayının son dekadasında qarabaşaq yarmasının 1 tonunun topdan satış qiyməti 50 min rublu (təxminən 660 ABŞ dolları – red.) ötüb. Bahalaşma aktiv şəkildə davam edir.
"Interfax"ın verdiyi xəbərə görə, "ProZerno" şirkətinin apardığı monitorinqə əsasən, ötən həftə ərzində qarabaşaq yarımasının 1 tonunun qiyməti 1 690 rubl (22,2 dollar) artaraq 52 min rubla (685) çatıb. Bundan bir həftə öncə isə qiymət artımı daha yüksək olub – 2 475 rubl (32,6 dollar). Avqustda Rusiyada 1 ton qarabaşaq yarmasının orta satış qiyməti 48 194 rubl (634 dollar), 2019-cu ilin sentyabr ayında isə 28 268 rubl (372 dollar) təşkil edib.
Qeyd edək ki, ötən həftə Rusiya Baş Prokurorluğu qarabaşaq qiymətlərinin kəskin artması ilə maraqlanıb. Prokurorluq kartel sövdələşmələrində şübhələnir.
Xatırladaq ki, Azərbaycan bu ilin yanvar-iyun ayları ərzində Rusiyadan 3,48 min dollar dəyərində 3,42 ton qarabaşaq idxal edib.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti

























