“Bank Respublika”dan ilk rübdə 2,2 milyon manat mənfəət
“Bank Respublika” ASC 2017-ci ilin 1-ci rübünü 2 milyon 213 min manat əməliyyat mənfəətilə başa vurub.
“Marja” Banka istinadən xəbər verir ki, bu ilin yanvar-mart dövründə “Bank Respublika”nın cəmi gəlirləri 15 milyon 178 min manat, o cümlədən faiz gəlirləri 7 milyon 931 min manat faiz, qeyri-faiz gəlirləri 7 milyon 247 min manat təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2016-cı ilin yanvar-mart dövründə Bankın cəmi gəlirləri 17 milyon 847 min manat, o cümlədən faiz gəlirləri 11 milyon 928 min manat, qeyri-faiz gəlirləri 5 milyon 919 min manat təşkil etmişdi.
Bu ilin yanvar-mart dövründə Bank Respublikanın cəmi xərcləri 12 milyon 966 min manat təşkil etdiyindən Bankın rüb üzrə əməliyyat mənfəəti 2 milyon 213 min manat təşkil edib. Aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 2 milyon 705 min manat ayırdığından, Bank ilk rübü -492 min manat zərər ilə bağlayıb.
31 Mart 2017-ci il tarixinə Bank Respublika 881 milyon 240 min manat cəmi aktivlərə və 841 milyon 761 min manat cəmi öhdəliklərə malik olub. Bank 2016-cı ilin sonunda 912 milyon 117 min manat cəmi aktivlərə və 871 milyon 793 min manat cəmi öhdəliklərə malik idi. İlk rübdə müştərilərə verilmiş kreditlər 281 milyon 158 min manatdan 249 milyon 108 min manata geriləyib.
BANKDA ŞİRKƏTLƏRİN PULLARI ARTIB
Diqqəti cəlb edən Bank Respublikada hüquqi şəxslərin depozitlərinin artmasıdır. Ötən ilin sonu ilə müqayisədə 14,4% artaraq 361 milyon 855 min manatdan 413 milyon 708 min manata qalxıb. Sözügedən dövrdə fiziki şəxslərin əmanətləri isə 189 milyon 961 min manatdan 176 milyon 820 min manata düşüb.
KAPİTALI 100 MİLYON MANATA ÇATACAQ
Xəbər verdiyimiz kimi, 15 İyul 2016-cı il tarixində "Bank Respublika" ASC-nin səhmdarlarının keçirilmiş ümumi yığıncağında nizamnamə kapitalının 20 milyon manat artırılmasına qərar verilmiş və Bankın nizamanə kapitalı ötən ilin Sentyabr ayında artırlaraq 57.5 milyon manata çatdırılmışdı.
28 Mart 2017-ci il tarixində keçirilmiş yığıncaqda da Səhmdarlar kapitalın yenidən 20 milyon manat artırılmasına qərar veriblər.
“Bank Respublika” ASC-nin sahibi Natiq Quliyev “Marja”ya müsahibəsində bildirib ki, bu artımın da yalnız mövcud səhmdarlar tərəfindən təmin edilməsi nəzərdə tutulur:
“Biz bu artımı qısa müddətdə həyata keçirməyə planlaşdırırıq. Nəticədə nizamnamə kapitalının məbləği 77 milyona çatdırılacaq. Yeni səhmdarların cəlb olunması mövzusu gündəmdə deyil. Biz bankın uzunmüddətli inkişaf strateqiyasında səhmdar kapitalının 2018-ci ilin sonunadək 100 mln. manatadək çatdırılmasını planlaşdırırıq”.
Bank Respublika-nın məqsədi bazarda qalmaq deyil, bazarın liderlərindən biri olmaqdır. Bank hal-hazırda yeni strategiya üzərində çalışır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 gün sonra
-
13 d. əvvəl
“Bağçalı” otelinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub
-
- 16 d. əvvəl
- 21 d. əvvəl
- 26 d. əvvəl
- 34 d. əvvəl
- 54 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq
-
1 saat əvvəl
“Yapı Kredi Bank Azərbaycan”ın kredit portfeli biznes kreditləri hesabına artıb
-
2 saat əvvəl
Əhalinin borc yükü və istehlak kreditləri üzrə qeyri-işlək portfel artıb
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Çinin ixracı yavaşlayıb
İnvestisiya şirkətlərinin xalis mənfəəti azalıb
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
Bank sektorunda təmərküzləşmə azalıb
Sığorta sektorunun zərərlilik dərəcəsi artıb
BOKT sektorunun xalis kredit portfeli 30 faizə yaxın artıb
"Expressbank" 2026-cı ilin ilk rübündə mənfəətini artırıb
Tramp: Hörmüz boğazında blokadanı yarmağa çalışacaq İran gəmiləri dərhal məhv ediləcək
ABŞ-ın Hörmüz boğazında İrana qarşı blokadası qüvvəyə minib





.jpg)
.jpg)







.jpg)






