"Səudiyyə Ərəbistanı neftin 50 dollar qiymətinə əsasən büdcəsini hazırlayır"
Səudiyyə Ərəbistanı büdcədə neftin qiymətini 50 - 55 dollar arasında götürür. Goldmana görə, Səudiyyə Ərəbistanı neftin barel qiymətinin 50 dollar ətrafında olacağı ssenarisi ilə hərəkət edir.Qlobal investisiya bankı Goldman Sachs-ın analizinə görə, dünyanın ən böyük neft istehsalçılarından biri olan Səudiyyə Ərəbistanı 2021-ci ilin dövlət büdcəsini müzakirə edir və müzakirələrdə neftin barelinin qarşıdakı 3 il ərzində 50 dollar ətrafında olacağı proqnozu diqqəti çəkir.
Marja xəbər verir ki, Goldman-ın analitiklərindən Faruk Soussa mövzu ilə əlaqədar "Biz Səudiyyə Əərəbistanının büdcəsini 2020 - 2023-cü illər arasında neftin barelinin 50 dollar ətrafında olacağı ssenarisinə görə hazırlandığını hesablamışıq" deyib.
Ötən həftə ABŞ Prezidenti Donald Trampın koronavirusa yoluxduğu məlum olduqdan sonra Brent neftin qiyməti 6.3% düşərək 39.27 dollara geriləmişdir.
Goldman-ın hesablaması, Misir bankı EFG Hermes-in təxminlər ilə də uyğunlaşır. Bank, Səudiyyə Ərəbistanının neft qiymətini 50 - 55 dollar arasında əsas götürərək gələn il üçün büdcə hazırlayacağını hesablamışdı. Goldman-ın özü Brent neftin qiymətlərin 2021-ci ilin sonunda 65 dollara yüksələcəyini nəzərdə tutur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 7 saat əvvəl
-
-
23 saat əvvəl
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
-
1 gün əvvəl
Fitch-dən qlobal təklif artıqlığı fonunda Venezuela-İran neft analizi
-
1 gün əvvəl
“Bu qiymətlərə qızıl almaram” - Məşhur investordan qızıl ilə bağlı açıqlama
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarın 18-də gözlənilən hava proqnozu - Temperatur gecə 0 dərəcəyə düşəcək
-
1 gün əvvəl
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Sabah sulu qar, qar yağacaq
Ziraat Bank Azərbaycan 2025-ci ili güclü artımlar ilə başa vurub
Fransız fermerlərin etiraz aksiyaları davam edir
Sıfır xərclə ticarət mümkündür?
Ən çox oxunanlar
Azər Türk Bankın maliyyə vəziyyəti məlum olub
2026-da InvestAZ hesabını artırın, xərclərdən 100%-dək azad olun
"Azərbaycan və Türkiyə ilə münasibətlərinin normallaşması Ermənistanın iqtisadi perspektivlərini yaxşılaşdıracaq"
Əmək qanunvericiliyində yeniliklər nələrdir?
Azərbaycan neftinin son qiyməti























