Maliyyə bazarlarında son vəziyyət - 05.10.2020
EUR.
Avropada yaradılan 750 milyard avroluq yenidənqurma fondunun bölüşdürülməsinə dair mübahisələr, EURUSD məzənnəsinə qarşı təzyiqləri artıra bilər. Təhlillərə əsasən, 1.17$-ın üzərində ticarət edilən məzənnə, 1.1745$-ı qıra bilmədiyi təqdirdə, yenidən 1.1661$-a kimi ucuzlaşa bilər.
GBP.
Breksit ticarət sazişi müzakirələrinin uzanması və İngiltərə ilə AB arasında razılaşmanın olmaması ehtimallarının da artması, GBPUSD məzənnəsi olan təzyiqləri də artıra bilər. Bu ehtimallar məzənnə 1.30$-ın altında qaldıqca, üstünlük təşkil edəcəkdir.
TRY.
USDTRY məzənnəsi keçən həftənin maksimum və minimumları aralığında dalğalanmaqdadır. Təhlillərə əsasən, məzənnə yenidən maksimumları yeniləyə bilər. Bu istiqamətdə 7.78TL-nin qırılması önəmli ki, bahalaşma 7.90TL-yə kimi davam etsin.
Bununla yanaşı, bazar ertəsi Bakı vaxtı ilə saat 11:00-da dərc ediləcək Türkiyənin inflyasiyasına dair önəmli fundamental məlumatlar da investorların diqqət mərkəzindədir.
OIL.
Enerji birjalarında Brent neftinin bir barel qiyməti 39$-də dəstək görərək, bahalaşıb və 41$-a kimi də dəyər qazana bilər.
Çərşənbə günü saat 18:30-da dərc ediləcək ABŞ-ın neft və benzin ehtiyatları ilə göstəricilər də treyderlər tərəfindən böyük maraqla gözlənilir.
GOLD.
Əlvan metallar bazarlarında isə qızılın qiyməti 1904$-da (61.2 $/qram) müqavimətlə rastlaşıb. 1888$-ın (60.7 $/qram) qırılması ilə ucuzlaşma 1849$-a (59.5 $/qram) kimi davam edə bilər.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
6 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
8 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


























.jpg)
