Dollara olan tələbin daha da artacağı proqnozlaşdırılır
Beynəlxalq valyuta birjalarında Avropa Birliyi Komissiyası yenidən karantin tədbirlərinin tətbiqinə dair qərar verdikdən sonra avro 1.17$-a kimi ucuzlaşıb. Qlobal iqtisadi risklərin artması ilə güvənli liman maliyyə alət kimi dolların dəstək görərək bahalaşması, funtun da təzyiq altında olmasına səbəb olub. Bununla yanaşı, Avropada karantin tədbirləri ilə iqtisadi aktivliyin azalması, İngiltərə iqtisadiyyatına da mənfi təsir edir.
ABŞ parlamentinin aşağı palata sədri müxalif demokrat Nensi Pelosinin yeni iqtisadi yardım paketinin 2 trilyonluq həcmi fonunda hökümətlə razılaşdıqlarına dair açıqlama verməsi, dollara əlavə dəstək olmaqdadır. Lakin qərar parlamentdə səsverməyə prezident seçkisindən sonra çıxarılacaqdır.
Bu gün Bakı vaxtı ilə saat 16:45-də dərc ediləcək Avropa Mərkəzi Bankın qərarı öncəsi EUR/USD məzənnəsi yenidən 1.18$-a kimi korreksiya etsə də, bankdan siyasəti ilə bağlı yeni tədbirlər haqqında qərar verilməsə, məzənnələrin ucuzlaşmaqda davam edəcəyi, dollara olan tələbin daha da artacağı proqnozlaşdırılır.
Əlvan metallar bazarlarında da qızılın qiyməti bahalaşan dollar fonunda təzyiq altındadır və bir unsiya üzrə qiymət 1869$-a kimi dəyər itirib. Burada da tendensiya dolların ümumi trendindən asılı olacaqdır.
Məlumat Azərbaycanın İnvestAZ İnvestisiya şirkətinin analitikləri tərəfindən hazırlanıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
4 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
5 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
6 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)












.jpg)





