Türk lirəsi 10% bahalaşıb
Türk lirəsi dollar qarşısında 10% bahalaşıb.Dollar/TL məzənnəsi Türkiyədə yeni iqtisadi dövrün başlayacağına dair açıqlamalardan sonra düşməkdə davam edir.
Marja xəbər verir ki, keçən həftəni 8.5153-dən bağlanmış məzənnə bu həftə mərhələli olaraq düşərək 8 səviyyəsindən də aşağı düşüb. Bu gün Dollar/TL məzənnəsi 7,6844 səviyyəsini görüb. Məzənnə ötən Cümə günü görülən zirvə ilə müqayisədə 10% geriləyib.
Türkiyə Preidenti Rəcəb Tayyib Ərdoğanın iqtisadiyyata dair verdiyi mesajlar Türk Lirəsini dəstəkləyib.
Türkiyə Preidenti Rəcəb Tayyib Ərdoğan, Partiyasının yığıncağında iqtisadiyyatda yeni dövrə işarə edərək, iqtisadi artım, sabitlik və məşğulluq üçüni bir səfərbərlik başladılacağını söyləyib. Ərdoğan, Mərkəzi Bankın yeni sədri Naci Ağbal ilə Xəzinə və Maliyyə Naziri Lütfü Elvanın atacaqları hər addımda onların yanında olacağını da vurğulayıb.
Ərdoğan, "Ölkəmizi riski az, etibarı yüksək, qazancı qənaətbəxş bir cazibə mərkəzi halına gətirməkdə qərarlıyıq. Makroiqtisadi sabitliyi təmin edəcəyik. Biznes və sərmayə mühitini daha cazibədar etmək istəyirik. İqtisadi rəhbərlik beynəlxalq sərmayəçilər ilə yaxın əlaqədə olacaq. Struktur islahatları davam edəcək",- ifadələrini istifadə edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 5 saat əvvəl
- 5 saat əvvəl
-
5 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)










.jpg)








