Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbətinin 20%-ə yaxınlaşacağını nəzərdə tutur
"Moody's Investors Service" bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbətinin 19,7% təşkil edəcəyini proqnozlaşdırır.
"Moody's"in yaydığı məlumata görə, bu, ötən ilin göstəricisi ilə müqayisədə 0,8 faiz bəndi çoxdur.
Qeyd edək ki, 2020-ci ilin yanvarın 1-nə Azərbaycanın xarici dövlət borcu 9,091 mlrd. ABŞ dolları və ya ÜDM-in 18,9% təşkil edib.
Xatırladaq ki, Dünya Bankı bu il Azərbaycanın xarici dövlət borcunun ÜDM-ə nisbəti 19,6%, Beynəlxalq Valyuta Fondu – 20,1%, "Fitch Ratings" agentliyinə isə 18,3% təşkil edəcəyini proqnozlaşdırır.
"Moody's Investors Service" bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 2,6% təşkil edəcəyin proqnozlaşdırır. 2021-ci ildə cari əməliyyatlar hesabının balansının profisitə qayıdaraq ÜDM-in 4%-nə çatacağı gözlənilir.
Xatırladaq ki, "Fitch Ratings" agentliyi bu il Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının kəsirinin ÜDM-ə nisbətinin 4,1%, "S&P Global Ratings" – 4%, Avropa Yenidənqurma və İnkişaf Bankı və Beynəlxalq Valyuta Fondu – 3,6%, Dünya Bankı isə 0,7% təşkil edəcəyini proqnozlaşdırır.
Qeyd edək ki, 2020-ci ilin ilk yarısından Azərbaycanın tədiyə balansının cari əməliyyatlar hesabının profisiti ÜDM-in 3%-ni və ya 598,2 mln. ABŞ dolları təşkil edib. 2019-cu ilin yekunlarına görə, bu göstərici ÜDM-in 9,1%-nə və ya 4,364 mlrd. dollara bərabər olub.
APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
6 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)









.jpg)







