"Dollar 2021-də 20%-ə qədər ucuzlaşa bilər"
Citi-dən peyvənd xəbərlərindən sonra dollar analiziHazırlanan peyvəndlərin koronavirusa qarşı təsirli olduğunu göstərən araşdırmaların ardından, qlobal bazarlarda, peyvəndin tətbiqinin yayılmasının sərmayəçiləri dollardan daha da uzaqlaşdıra biləcəyi şərhləri edilir.
Marja xəbər verir ki, qlobal maliyyə xidmətləri şirkəti Citi-nin strateqlərinə görə, peyvəndlərin geniş miqyasda istifadəsinin təmin edilməsi vəziyyətində dollar mühüm valyutalar qarşısında 2021-ci ildə 20%-ə qədər ucuzlaşa bilər.
Strateqlər peyvəndin yayılması vəziyyətində dolların bir ildən çox davam edən 2000-ci illərin ortalarındakına bənzər bir ucuzlaşma yaşayacağı qənaətindədirlər.
Citi-yə görə, peyvənd ilə bərabər, Fed-in aşağı faizləri saxlaması və dünya ölkələrində daha sürətli iqtisadi artımlar dolların dəyərini azaldacaq digər faktorlar olacaqdır.
Bloomberg Dollar İndeksi mart ayındakı ən yüksək səviyyəsindən təxminən 11% azalma qeyd etmiş vəziyyətdədir.
Pfizer-Biontech-in ardından Moderna-nın peyvəndinin nəticəsi risk iştahını artırıb.
Pfizer və Biontech şirkətlərinin hazırladıqları peyvəndin 90% təsirli olduğu xəbərinin ardından, Moderna şirkəti hazırladığı peyvəndin 94,5% təsirli olduğunu açıqlayıb. Bu, bazarlardakı risk iştahını artırıb, "etibarlı limanlara" tələbi azaldıb.
Marja.az Telegramda: https://t.me/marjaaz
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
5 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
6 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 7 saat əvvəl
-
7 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 8 saat əvvəl
- 8 saat əvvəl
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub


















.jpg)








